Murat Bozun həyatını çevirən qərar

Murat Bozun həyatını çevirən qərar

Ünlü müğənni Murat Boz, sənət karyerası qədər şəxsi həyatı ilə də diqqəti cəlb edir. Gündəmdən düşməyən sənətçi, qonaq olduğu televiziya proqramında həyatına dair diqqətçəkən bir etiraf edib. Maddi çətinlikləri səbəbindən aldığı qərarı ilk dəfə açıqlayan Boz, pərəstişkarlarını da kədərləndirib.

ETİRAF: UNİVERSİTET İLLƏRİNDƏ YAŞANANLAR

Narmin Balayevanın aparıcısı olduğu “Poster” proqramının qonağı olan Boz, universitet illərində yaşadığı çətin günlərə dair şok edici bir etiraf edib. Karyerasında dönüş nöqtəsi olduğunu bildirən Boz, iki universitetdə təhsil aldığını, lakin ilk ali təhsilini maddi çətinliklər üzündən yarımçıq qoymaq məcburiyyətində qaldığını söyləyib.

MADDİ ÇƏTİNLİKLƏR VƏ AĞIR QƏRAR

Universitetə yüksək nəticə ilə daxil olduğunu və təqaüdlə oxuduğunu vurğulayan Murat Boz deyib: “Elə bir an gəldi ki, davamiyyət məcburiyyəti var idi. Ya işləməyə davam edəcəkdim, ya da təhsilimi. Mən işləməyə davam etmək qərarı aldım və universiteti dondurdum. Çünki davam edə bilməyəcəkdim. Bu iş sevgisi səbəbindən təqaüdümdən imtina etdim və bu, həyatımda bir dönüş nöqtəsi oldu.”

Müğənni Bozun bu etirafı cəmiyyətdə geniş əks-səda doğurub.

24 saat

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir