Murat Dalkılıçın On Birinci Əməliyyatının Sirri
Türkiyənin sevilən müğənnisi Murat Dalkılıçın tam on bir dəfə burun əməliyyatı keçirməsinin arxasında yatan səbəb nəhayət ki, üzə çıxıb.
Sənətçi iştirak etdiyi qala gecələrindən birində açıqlama verərək bildirib ki, uzun illərdir davam edən bu çətin prosesin əsas səbəbi, vaxtilə həyata keçirilmiş ilkin cərrahi müdaxilələrdən birinin səhv icra edilməsi ilə bağlıdır.
Proses Hələ də Tamamlanmayıb
Müğənni Murat Dalkılıç məsələ ilə bağlı əlavə edib: “Bu müalicə prosesi hələ də davam edir. Həmin problem uşaqlıq illərimdən bəri mənimlədir. Lakin səhv aparılan bir burun əməliyyatı nəticəsində vəziyyət daha da ağırlaşdı və mən bu dövrdə həqiqətən də çox əziyyət çəkdim. Mübarizə hələ də davam edir. Ehtimal ki, gələn ilə qədər də bu burun əməliyyatı silsiləsi bitməyəcək”.
Bir cavab yazın