Nəhəng şirkətin fəaliyyəti göydən təhlükə yağdırır: ‘Daha pis olacaq’ xəbərdarlığı

Elon Maskın “SpaceX” şirkətinə məxsus Starlink peykləri orbitdən düşür. Atmosferə qarışan metal hissəciklər isə planetin təbii tarazlığını pozmaqla təhdid edir. Harvard-Smitsonian Astrofizika Mərkəzinin tanınmış alimi Conaton Makdauell xəbərdarlıq edərək bildirib ki, hər gün səmadan dəmir yağır. O, vəziyyətin daha da pisləşəcəyini vurğulayıb.

STRATOSFER ZƏRƏR GÖRƏRSƏ NƏ OLAR?

Makdauellin sözlərinə görə, hər gün bir və ya iki Starlink peyki atmosferdə yanaraq məhv olur. Lakin məhv olan təkcə peyk deyil; onunla birlikdə alüminium, litium və mis kimi zəhərli metallar da atmosferə yayılır. Astrofizik qeyd edib ki, stratosfer zərər görərsə, ozon təbəqəsi zəifləyər. Bu isə yer səthinə çatan zərərli ultrabənövşəyi şüaların artmasına səbəb olar. Nəticədə dəri xərçəngi, katarakt və göz zədələri qaçılmaz hala gələr. O, artıq geri dönüşü olmayan bir prosesin başladığını vurğulayıb.

PEYK SAYI ARTIŞI DAVAM EDƏCƏK

Hazırda “SpaceX” şirkətinin orbitdə 8 mindən çox peyki var. Şirkət bu il ərzində daha 2 mindən çox yeni peyk kosmosa buraxıb. ABŞ Federal Aviasiya İdarəsi (FAA) 2023-cü ildə Elon Maskı xəbərdar edərək bildirmişdi ki, bu sürətlə davam edilərsə, 2035-ci ilə qədər ölümlə nəticələnən qəzalar qaçılmaz olacaq. Hesabata əsasən, yaxın illərdə 28 min təhlükəli tullantının atmosferə düşəcəyi proqnozlaşdırılır.

ZİNCİRVƏARİ PEYK TOQQUŞMALARI RİSKİ

Makdauell qeyd edib ki, orbitdəki obyektlərin sayının sürətlə artması Kessler sindromu adlanan zəncirvari toqquşma riskini yaradır. O vurğulayıb ki, planlaşdırılan 30 min Starlink peykinin cəmi bir faizi sıradan çıxsa belə, bu, 300 nəhəng peyk deməkdir. Bu miqdar isə aşağı Yer orbitini xaosa sürükləmək üçün kifayətdir.

EKOLOJİ XƏBƏRDARLIQLAR SƏRTƏŞDİ

ABŞ Milli Okean və Atmosfer İdarəsindən (NOAA) kimyaçı Daniel Mörfi bildirib ki, peyklər yanarkən atmosferə buraxılan metallar ozon təbəqəsini incəldə bilər. O əlavə edib ki, heç kim bu peyklərin stratosferə təsirini tam nəzərə almır. Mörfinin sözlərinə görə, aparılan ölçmələrdə metal birləşmələri sulfat turşusu aerozollarına qarışaraq ozonun parçalanmasına səbəb ola bilər. Avropa Kosmos Agentliyinin mühəndisi Adam Mitçell gələcək strategiyanın “kosmosda təkrar emal və təkrar istifadə” üzərində qurulmasının vacibliyini vurğulayıb. “ASD Eurospace” şirkətinin direktoru Pyer Lionnet isə daha sərt danışaraq, “SpaceX”in 30 il sonra böyük bir ekoloji problemin məsuliyyətini daşıyacağını bildirib.

24 saat

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *