Omba dolğusu Nazlı Kayaaslanı əməliyyat masasına çıxarıb
Vakko Holdinqin İdarə Heyətinin sədri Cem Hakkonun stilist sevgilisi Nazlı Kayaaslan, 10 il əvvəl qatıldığı ‘İşte Benim Stilim’ müsabiqəsində ombalarına etdirdiyi dolğu səbəbindən çətin günlər yaşayır. O, bu əməliyyatdan sonra 6-cı dəfə cərrahi müdaxiləyə məruz qalıb.
“Bədənimə yayıldı, xilas ola bilmədim”
Nazlı Kayaaslan Instagram hesabında video paylaşaraq izləyicilərini xəbərdar edib: “Həvəsə düşərək Aqua Feeling etdirdiyimə görə min peşmanam. Bədənimə yayıldı, belimə çıxdı, ayaqlarıma endi. Heç cür xilas ola bilmədim. Yüngül bir omba istəyərkən, öz toxumalarım da məhv oldu. Çapıq izləri qaldı, çuxurlar yarandı. İyrənc bir vəziyyətdir. Boş yerə bədənimə zərər verdim.” Nazlı Kayaaslan ümid edir ki, bu son əməliyyat olacaq: “İnşallah bu əməliyyat son olar, bezdim artıq. Çox sıxılmışam. Mənim kimi həvəsə düşərək heç kim etdirməsin. Bunu tövsiyə edən həkimlərdən dərhal uzaq durun.”
Danla Biliç də peşman olub
Sosial media fenomeni Danla Biliç də ombalarına etdirdiyi prosedurdan sonra böyük peşmanlıq yaşadığını açıqlayıb. O bildirib: “Aqua Feeling adlanan bir tətbiqdir. Bədənə yeridilən bir dolğudur. Bir səhər oyanıb ‘ombalarıma etdirəcəyəm’ dedim. Birinci və ikinci əməliyyatı oldum. Həddən artıq çox oldu. Bu, çox qadağan olunmuş bir maddə imiş. Daim adı dəyişdirilərək ölkəyə gətirilən və bədənə əsla yeridilməməsi gərəkən bir maddədir. Bədənim infeksiyaya yoluxdu. Məni xəstəxanaya yerləşdirdilər. Bədəndə həmin dolğular yığıldı. Mən təmizləmə əməliyyatları keçirdim. Hələ bitməmiş bir prosesdir. Yəqin ki, bir dəfə daha əməliyyat olunacağam.”
“Yalvarıram heç kim etdirməsin”
Danla Biliç vurğulayıb: “Təcrübəmə əsaslanaraq deyirəm; heç bir insan özünə bu proseduru etdirməməlidir. Dolğu qabırğama qədər yayıldı, çox iyrənc bir şeydir. Hal-hazırda heç nə yoxdur. Çünki dolğu axıb yerini dəyişən bir maddədir. MRT çəkilərək dolğunun bədənin hansı bölgələrinə yayıldığına baxılır. Əməliyyat olursan, lakin əzələ altına gizlənmiş dolğu başqa bir yerindən çıxa bilər. İnsanların diz qapaqlarından təmizlənən bir maddədir. Yalvarıram, heç kim bədəninə belə bir şey etdirməsin. Mən, estetik cərrahiyyəyə aludə olan və özünü yenidən quran bir insan olaraq ‘yox’ deyirəm.”

Leave a Reply