UEFA Avropa Liqasında “Beşiktaş”ın məğlubiyyəti: Nihat Kahvecinin sərt tənqidləri
“Beşiktaş” UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində doğma meydanda Ukraynanın “Şaxtyor Donetsk” komandasına 4-2 hesabı ilə məğlub olub. Matçdan sonra futbolçuların çıxışı sərt şəkildə tənqid edilib. Nihat Kahveci “Kontraspor” Youtube kanalında futbolçulara və baş məşqçi Ole Gunnar Solskjaerə sərt reaksiya verib.
## “Ümidləri 7-ci dəqiqədə bitirdilər”
Nihat Kahveci uzun illərdir şərhçi olduğunu, lakin bu gün danışmaqda çətinlik çəkdiyini bildirib: “7-ci dəqiqədə bir komandanın azarkeşinin ümidi bu qədər tez alınarmı? 7-ci dəqiqədə öz meydanında qol buraxırsan. Beşiktaş azarkeşlərinin, bütün cəmiyyətin ümidlərini 7-ci dəqiqədə bitirdilər. 4 ildir noyabrda təslim olan Beşiktaş komandası, deyəsən, bu il iyulda təslim olmaq istəyir”.
## “Məşqlərdə nə ilə məşğul idiniz?”
Kahveci komandanın fiziki hazırlığına da toxunub: “Adamın cinahları ən yaxşı qartal cinahı, sənin cinahların cücədə belə yoxdur. Jurasekin yeganə müsbət hərəkəti Alissonu itələyərək topu əlindən alması oldu. Beşiktaş azarkeşlərinə çox üzülürəm. Bu il bu gedişat uzun sürər. Siz düşərgədə nə etdiniz? Nərd oynadınız, yoxsa həmişə cakuzidə idiniz, hovuzda üzürdünüz, heç fiziki məşq etmədiniz? Sürətlənənin dili bayıra çıxır. Qartal ilə Dəmir Ege yaxşı uşaqlardır, gözəl ehtiyat olarlar, amma bu komandaya 2 dənə 6 nömrəli oyunçu alın. Dəmir Ege, sən ağırsan, balam. Rəqibi dişləməlisən. 2 dənə sol cinah, 2 sol müdafiəçi, 2 dənə mərkəz müdafiəçisi, 1 hücumçu al, al, al. Beşiktaş bu oyunla noyabrı görməz. Beşiktaşda cinah yoxdur”.
## “Ole müəllim imtahandan kəsildi”
Orkun Kökçünün fiziki cəhətdən hazır olmadığını deyən Kahveci, onun cərimə zərbəsini də tənqid edib: “Orkun Kökçü fiziki olaraq hazır deyilsən, amma o cərimə zərbəsini Nişantaşına vurmayacaqsan. Həmişə geri oynadı. Ole müəllim imtahandan kəsildi. Bu necə analizdir? Azarkeşlər erkəndən Raşicanı fitə basdılar. Bu gedişat heç yaxşı deyil. 67-ci dəqiqədə bütün tribunalar oyunçuları fitə basdı”.
Leave a Reply