Keçmiş evliliyi və şəxsi həyatı
Oktay Kaynarcanın şəxsi həyatı və verdiyi açıqlamalar tez-tez gündəmdə yer alır. Məşhur aktyor 2012-ci ildə Melek Anqunla ailə qursa da, bu evlilik cəmi bir il sonra, 2013-cü ildə boşanma ilə nəticələnib.
Oktay Kaynarcadan evlilik və uşaq haqqında iddialı açıqlamalar
Son açıqlamalarında Kaynarca evlilik və uşaq sahibi olmağın “hərbi xidmət kimi əvvəlcədən yerinə yetirilməli bir vəzifə” olduğunu vurğulayıb. O qeyd edib ki, əgər övladları olsaydı, onlara 20 yaşında evlənməyi və uşaq sahibi olmağı məsləhət görərdi. “İndi isə ata olmaq üçün bir az gecikmişəm,” deyə aktyor bildirib. O, əlavə edib: “Əgər indiki ağlım olsaydı, çox uşaq edərdim. Yəqin ki, 5-6 övladım olardı.”
Türkiyənin gündəmini zəbt edən bu şərhlər geniş müzakirələrə səbəb olub.
Yeni eşq iddiaları: Bodrumda gənc xanımla görüntüləndi
Bu açıqlamalardan qısa müddət sonra aktyor Bodrumda gənc bir xanımla obyektivlərə tuş gəlib. “Gazetemagazin” müxbirləri tərəfindən lentə alınan görüntülərdə Kaynarcanın yanındakı gənc gözəllə xoş və səmimi anlar keçirdiyi müşahidə olunub.
Leave a Reply