Futbol dünyasında sensasiya: Osimhen “Qalatasaray”da!
Osimhen transferi azarkeşləri həyəcanlandırdı
“Qalatasaray” azarkeşləri Viktor Osimhen-in İstanbula gəlməsini böyük həyəcanla gözləyirlər. “Sarı-qırmızılar” əvvəlcə nigeriyalı oyunçu, daha sonra isə onun klubu “Napoli” ilə razılığa gəlmişdi. Lakin hələ də rəsmi imzaların atılmaması tərəfdarlar arasında narahatlıq yaratmışdı.
İmzaların gecikməsinin səbəbi açıqlandı
Transferdə heç bir problemin olmadığı bildirilir. Rəsmi prosedurların və sənədləşmə işlərinin uzanması səbəbindən hələ imzalar atılmayıb. Klub rəsmiləri yaxın günlərdə bu məsələnin həllini tapacağını bildiriblər.
Transferin maliyyə detalları
“Qalatasaray” bu transfer üçün Osimhen-in klubu “Napoli”-yə 75 milyon avro + 5 milyon avro bonus ödəyəcək. “Sarı-qırmızılar” 35 milyon avronu nağd, qalan məbləği isə 2026-cı ilə qədər 2 hissəyə bölərək ödəyəcək. “Qalatasaray”-ın transferi 48 saat ərzində rəsmən elan etməsi gözlənilir. Bu transfer Osimhen-i Türkiyə futbolunun ən bahalı oyunçusu edəcək.
Leave a Reply