Papa Leo Vatikandan İlk Xarici Səfərini Türkiyə və Lübnana Edəcək
Vatikanın dövlət başçısı Papa Leo 14-cü, papalıq vəzifəsinə başladıqdan sonra ilk xarici səfərini Türkiyəyə gerçəkləşdirəcək. Papa 27-30 noyabr tarixlərində Türkiyədə, daha sonra 30 noyabr – 2 dekabr tarixlərində Lübnanda olacaq.
Papa Leonun Türkiyəyə səfəri çərçivəsində, Patrik Bartholomeos ilə bir sıra tədbirlər planlaşdırılır. Onlar İznikdə erkən Xristianlıq tarixinin mühüm toplantısı olan Konsilin 1700-cü ildönümünü qeyd edəcəklər. Həmçinin, Papa Ankarada Prezident Rəcəb Tayyib Ərdoğan ilə görüşəcək.
İstanbul və Lübnan Proqramları
Daha sonra Papa Leo İstanbulda yerləşən Sultanəhməd məscidini ziyarət edəcək və ən sonda bir ayinə qatılacaq. Türkiyəyə səfəri başa çatdıqdan sonra Lübnana yola düşəcək.
Lübnanda isə Papa Beyrutda Prezident Joseph Aoun ilə bir araya gələcək, dinlərarası görüş keçirəcək və Beyrut sahilində açıq havada ayinə qatılacaq. O, həmçinin 2020-ci ildə Beyrut Limanında baş vermiş və 200 insanın həyatına son qoymuş kimyəvi partlayış zonasında dualar oxuyacaq.

Leave a Reply