İran Nüvə Obyektlərinə Hücumdan Sonra ABŞ və İsrailə Sərt Xəbərdarlıq Etdi
İran dövlət televiziyası İnqilab Keşikçiləri Korpusunun (İKK) ABŞ və İsrailin ölkənin nüvə obyektlərinə hücumlarına dair bəyanatını yayımlayıb. Bu bəyanatda vurğulanıb ki, Birləşmiş Ştatların İranın nüvə təsisatlarına qarşı həyata keçirdiyi əməliyyat faktiki olaraq onu müharibənin ön cəbhəsinə çıxarıb. İKK xəbərdarlıq edib ki, İran ərazisinə təcavüz edənlər peşman olacaqları cavablara hazır olmalıdırlar.
Hücumda İştirak Edən Təyyarələrin Yerləri Müəyyənləşdirildi
Açıqlamada həmçinin, bu gün nüvə obyektlərinə endirilən zərbədə iştirak edən təyyarələrin uçuş marşrutlarının dəqiq müəyyən edildiyi bildirilib. Qeyd olunub ki, regiondakı ABŞ hərbi bazalarının sayı, coğrafi yayılımı və ölçüsü onların gücü deyil, əksinə, zəifliyini ikiqat artırır. Məlumat üçün bildirək ki, İrandakı üç nüvə obyektinə 6 ədəd B-2 bombardmançı təyyarəsi tərəfindən bombalar atılmışdı. Hər bir B-2 bombardmançı təyyarəsinin dəyəri 2.1 milyard dollardır.
İsraildə Vəziyyət: Minlərlə Köçkün, Onlarla Yaralı
İranın bu səhər yerli vaxtla 07:30-da İsrailə qarşı başlatdığı raket zərbələri nəticəsində İsrail mətbuatının məlumatına görə, yaralıların sayı 86 nəfərə çatıb. “Times of Israel” qəzetinin yazdığına görə, İranın ötən həftədən bəri davam edən cavab hücumları nəticəsində 9 min nəfər evlərini tərk etmək məcburiyyətində qalıb.
Bir cavab yazın