“Qalatasaray”da 5 oyunçu ilə yollar ayrılır

“Qalatasaray”da transfer şoku: Ulduzlarla yollar ayrılır

“Qalatasaray” transfer siyasətində köklü dəyişikliklərə hazırlaşır. Klubda gələn həftə “Təmizlik həftəsi” elan olunub. Hücumçu Viktor Osimhen və dünyaca məşhur bir qolkiperlə müqavilə imzalandıqdan sonra, Frankovski, Nelsson, Jelert, Kuesta və Köhn kimi oyunçuların komandadan ayrılması gözlənilir.

Okan Burukun qərarı qətidir

Baş məşqçi Okan Buruk bu oyunçularla davam etmək fikrində deyil. Yaxın 10 gün ərzində adları çəkilən futbolçular ya icarəyə veriləcək, ya da transfer olunacaq. Yalnız Zaniolonun vəziyyəti qeyri-müəyyəndir. İtalyan ulduz üçün transfer pəncərəsinin son günləri gözləniləcək və gələn təkliflərə əsasən qərar veriləcək.

24 saat

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *