Şəvval Şahinin həvəsi boşa çıxdı

Şevval Şahin qalmaqallı “rəsmi xidmət” kartı səbəbindən lansmanını təxirə saldı

Şevval Şahin 2018-ci ildə gözəllik yarışmasında qazandığı qələbədən sonra qısa zamanda məşhurlaşıb. Diqqətləri cəlb edən model, sosial şəbəkələrdəki hər paylaşımı və açıqlamaları ilə tez-tez gündəmə gəlir, müzakirələrə səbəb olur.

“Rəsmi xidmətə məxsusdur” kartı və Nazirliyin açıqlaması

Ötən həftə Bebekdə rəfiqələri ilə əyləncəli bir gecə keçirən tescilli gözəl, məkandan ayrılarkən sevgilisi Burak Ateşin ona ayırdığı xüsusi mühafizəçi və sürücü ilə təmin edilmiş avtomobillə yola düşüb. Lakin avtomobilin şüşəsində Ticaret Nazirliyi tərəfindən verilmiş “Rəsmi xidmətə məxsusdur” yazılı kartın olması diqqəti cəlb edib və ciddi suallar doğurub.

Məsələ ilə bağlı ötən gün Ticaret Nazirliyindən verilən açıqlamada sözügedən nəqliyyat vasitəsi tanıtım kartının qeyri-qanuni istifadə edildiyi vurğulanıb. Açıqlamada həmçinin “Nəqliyyat vasitəsi Nazirliyimizə aid deyil” ifadəsi yer alıb. Nəticədə, həm avtomobilin sahibinə, həm də sürücüsünə pul cəzası kəsilib. Üstəlik, sürücü barəsində rəsmi sənəddə saxtakarlıq cinayətinə görə məhkəmə işi başlandığı elan edilib.

İdman geyim brendinin təqdimatı təxirə düşdü

Bu hadisə Şevval Şahinə ciddi təsir edib. “Günaydın”da yer alan xəbərə görə, ilk dəfə idman geyimi markasını təqdim etməyə hazırlaşan məşhur ötən gün lansman keçirməli idi, lakin bu mümkün olmayıb. Bir çox tanınmış dostunu da təqdimata dəvət edən Şevvalın həvəsi kursağında qalıb. Onun agentliyi lansmanın başqa bir tarixə təxirə salındığını qeyd etsə də, yeni tarix açıqlamayıb.

Qeyd edək ki, Şevval Şahin bu işə sevgilisi Burak Ateşin dəstəyi ilə başlamışdı. Markanın çəkilişləri üçün isə 52 yaşlı anası ilə kamera qarşısına keçmişdi.

24 saat

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir