Türk pop musiqisinin 90-cı illər nəslinin tanınmış simalarından Serdar Ortaç, məşhur Youtuber Orkun İşıtmakın “Çəhrayı Yalanlar” adlı proqramının qonağı olub. Verilişin formatına uyğun olaraq yalan detektoruna qoşulan sənətçi, bir-birindən “riskli” suallara səmimiyyətlə cavab verib.
Məşhur ifaçı həmkarı Tarkanla bağlı da bir peşmanlıq etiraf edib. O bildirib ki, MS diaqnozu qoyulduqdan sonra Tarkan ona zəng edən ilk şəxslərdən biri olub. Lakin sonradan sərxoş vəziyyətdə çıxdığı bir yayımda Tarkanın adı çox çəkildiyi üçün ona qarşı xoşagəlməz sözlər işlədib. “Çox peşmanam, onu ilk gördüyüm yerdə üzr istəyəcəyəm” – deyə müğənni vurğulayıb.
“50 MİLYON DOLLAR QUMARDA İTİRDİYİNİZ DOĞRUDURMU?”
Ortaç həmçinin, bu suala səmimi cavab verib. O, “Həyatımda qazandığım bütün pulu itirdim. Nə qədər olduğunu bilmirəm, saymaq qeyri-mümkündür. Qumar insanın səviyyəsini aşağı salır; keyfiyyətini, ailəsini, pulunu, evliliyini, sağlamlığını – hər şeyi bitirir. Bir qəpiyim olmasın, təki əlim-ayağım yerində olsun” ifadələrini işlədib.

Leave a Reply