Acun Ilıcalı ilə Başlayan Tanışlıq
Şeyma Subaşı ictimaiyyətə ilk dəfə teleaparıcı Acun Ilıcalı ilə yaşadığı uzunmüddətli münasibət sayəsində tanınıb. Cütlüyün bu ittifaqdan 2013-cü ildə Melisa adlı qızları dünyaya gəlib. Sevgi hekayələrini 2017-ci ildə rəsmi evliliklə taclandıran bu tanınmış simalar, təəssüf ki, bir il sonra – 2018-ci ildə yollarını ayırmağa qərar veriblər. Bu ayrılıq ictimaiyyətdə geniş əks-səda doğurub.
Qısa Ömürlü Evlilik: Mohamed Alsaloussi
2021-ci ildə Şeyma Subaşı adını bu dəfə misirli iş adamı Mohamed Alsaloussi ilə hallandırıb. Onların münasibətləri lüks tətil səfərləri, möhtəşəm evlilik təklifləri və sürpriz nişan mərasimləri ilə yadda qalıb. Nəhayət, 2023-cü ilin may ayında Fasda möhtəşəm bir toy mərasimi ilə dünya evinə daxil olublar. Lakin bu evlilik də Subaşının əvvəlki münasibətləri kimi uzun sürməyib. Cütlük rəsmi nigaha daxil olduqdan cəmi beş ay sonra boşanmağa qərar verib.
“Ruhən Evliyik” İfadəsi və Ayrılıq
Şeyma Subaşı son səkkiz ayda Braziliyalı model Marlon Teixeira ilə xoşbəxt bir birlikdəlik yaşayırdı. Subaşı qatıldığı bir televiziya proqramında sevgilisindən bəhs edərkən “Həyatımın sonuna qədər yanımda olacaq insan odur. Ruhlarımız evlidir” kimi iddialı ifadələr işlətmişdi. O, Teixeiranı yanvar ayında İstanbulda, may ayında isə Kapadokyada qonaq etmiş, sosial mediada birgə şəkillərini tez-tez paylaşmışdı.
Lakin Şeyma Subaşı‘nın bu xoşbəxtlik dövrü də gözlənilmədən sona çatıb. Sosial media hesablarında aparılan son dəyişikliklərə əsasən, cütlük bir-birlərini izləməyi dayandırıblar ki, bu da onların ayrıldığına işarə edir. Bu, Subaşının şəxsi həyatında daha bir məyusluq olaraq qiymətləndirilir.

Leave a Reply