) istifadə etməmək tövsiyə olunur. Şimali Koreya ən böyük füzəsini xalqa təqdim etdi

Şimali Koreya xalqına dünyanın ən böyük raketini nümayiş etdirdi

Şimali Koreya dünyanın ən böyük raketi olan uzunmənzilli Hwasong-20 qitələrarası ballistik raketlərini nəhəng bir hərbi paradda xalqına təqdim etdi. Bu tədbir zamanı ölkə lideri Kim Çen In xalqı salamladı.

Parad mərasimi, Şimali Koreya dövlətinin yarandığı gündən bəri ölkəni idarə edən Kim sülaləsinin qurduğu Fəhlə Partiyasının 80-ci ildönümü qeyd etmələri çərçivəsində təşkil edildi.

Cümə gecəsi başlayan tədbirə Çinin Baş naziri Li Çianq, Rusiyanın sabiq prezidenti Dmitri Medvedev və Vyetnam Kommunist Partiyasının rəhbəri To Lam qatıldı.

Şimali Koreyanın nüvə potensialını önə çıxaran bu tədbir, ölkənin artan beynəlxalq təcridinə baxmayaraq, xarici qonaqların iştirakı və bayraq yelləyən xalqın məcburi coşqusu ilə qeyd olundu.

NƏHƏNG RAKET, QÜSURLU MODEL

Hərbi paradda ölkənin “ən güclü nüvə strateji silah sistemi” kimi təsvir edilən Hwasong-20 qitələrarası ballistik raketi nümayiş etdirildi.

KCNA agentliyi bildirir ki, bu raket ABŞ anakarasının istənilən nöqtəsini vurmaq qabiliyyətinə malikdir.

Lakin mütəxəssislər raketin istiqamətləndirmə sisteminin yetərliliyi və döyüş başlığının atmosferə yenidən daxil olarkən davamlılığı ilə bağlı sual işarələrinin olduğunu qeyd edirlər.

Buna baxmayaraq, sistemin çoxsaylı döyüş başlıqları daşımaq üçün nəzərdə tutulduğu və bunun ABŞ müdafiə sistemləri üzərində əlavə təzyiq yaradacağı bildirildi. Qitələrarası ballistik raketlər bu gün bir çox ölkənin hərbi doktrinasında əhəmiyyətli yer tutur.

Bundan əlavə, paradda hipersəs raketləri, qanadlı raketlər, çoxlüləli reaktiv artilleriya qurğuları və kamikadze PUA-ları da nümayiş etdirildi.

ŞİMALİ KOREYA ORDUSU HARA GEDİR?

Kim Çen In çıxışında xaricdəki ölkə əsgərlərinə ruh yüksəkliyi verərək, ordunun qəhrəmanlığının yalnız ölkə müdafiəsində deyil, “sosialist quruluşun irəli postlarında” da özünü göstərəcəyini bildirdi.

Şimali Koreya lideri, “Ordumuz bütün təhdidləri məhv edən yenilməz bir qüvvəyə çevrilməlidir” dedi. Kim parad mərasimindən əvvəl Medvedevlə görüşərək, Rusiya ilə hərbi və iqtisadi əməkdaşlığı artırmağa söz verdi.

Pyonqyanq və Vyetnam da müdafiə, xarici işlər və səhiyyə sahələrində yeni əməkdaşlıq sazişləri imzaladılar.

24 saat

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *