Kanadada 60 yaşlı bir şəxs duzu qida rasionundan tamamilə çıxarmaq niyyəti ilə süni intellektə müraciət edib. Lakin aldığı cavab onun xəstəxanalıq olmasına səbəb olub.
SAĞLAMLIQ ÜÇÜN TƏHLÜKƏLİ MƏSLƏHƏT
“Annals of Internal Medicine” jurnalında yayımlanan hesabatda bildirilir ki, adı açıqlanmayan şəxs duza alternativ axtararkən ChatGPT-nin təklif etdiyi natrium bromidi (həşərat dərmanlarında istifadə olunan kimyəvi maddə) internet vasitəsilə sifariş edib. Üç ay müddətində yeməklərində adi duz əvəzinə bu maddədən istifadə edən şəxsdə zamanla paranoya və hallüsinasiyalar yaranmağa başlayıb.
Qonşusunun onu zəhərlədiyini düşünərək xəstəxanaya müraciət edən pasiyentin, əslində, bromid zəhərlənməsinə məruz qaldığı aşkarlanıb.
BROMİD ZƏHƏRLƏNMƏSİ VƏ KEÇMİŞİ
20-ci əsrdə geniş yayılmış bromid zəhərlənməsi, ABŞ Qida və Dərman İdarəsinin (FDA) 1975-1989-cu illər arasında bromid duz
Mütəxəssislər bu hadisəni süni intellektdən alınan sağlamlıq tövsiyələrinə kor-koranə etibar etməyin nə qədər təhlükəli olduğuna dair parlaq bir nümunə kimi qiymətləndirirlər. Onlar süni intellektdən əldə edilən tibbi məlumatların mütləq peşəkar həkimlərlə məsləhətləşməklə təsdiqlənməsinin vacibliyini vurğulayırlar.SÜNİ İNTELLEKTİN SAĞLAMLIQ TÖVSİYƏLƏRİ
Leave a Reply