Tag: #AliŞansalan

  • Fənərbaxça “Qalatasaray”a ilk oyundan söz atdı

    Fənərbaxça “Qalatasaray”a ilk oyundan söz atdı

    Süper Liqada yeni mövsüm qalmaqalla başladı

    Türkiyə Süper Liqa‘da 2025-2026 mövsümünün açılış matçından sonra “Fənərbaxça” və “Qalatasaray” klubları arasında gərginlik yenidən alovlanıb.

    “Fənərbaxça”dan hakim ittihamları

    “Fənərbaxça” İdarə Heyətinin sədr müavini Sertaç Komsuoğlu, “Qaziantep” – “Qalatasaray” matçının hakimi Əli Şansalanın idarəçiliyini sərt şəkildə tənqid edib. Matç bitdikdən dərhal sonra açıqlama yayan Komsuoğlu, Türkiyə Futbol Federasiyasının (TFF) rəhbərliyini və Hakimlər Komitəsini (MHK) bu “rezalete” görə cavabdeh tutmağa çağırıb.

    Komsuoğlu bəyanatında, “Liqanın ilk həftəsində, oyunun başlanğıc fitindən bir neçə dəqiqə keçməmiş, uzun illərdir bütün futbolsevərlərin yaddaşına həkk olunmuş hakim qərarlarının bənzərləri bu axşam da eyni komandanın xeyrinə səhnələşdirilib” deyə qeyd edib.

    O, həmçinin, “Sezonun ilk günündən etibarən eyni ssenarinin yenidən dövriyyəyə buraxıldığını, teatrın pərdələrinin yenidən açıldığını bütün Türkiyə olaraq birlikdə görürük. TFF rəhbərliyi və İdarə Heyəti ilk həftədən bu rezalete imza atan MHK-dən bunun hesabını ən qısa zamanda sormalıdır. Çünki həm VAR təyinatı, həm də Əli Şansalanın bu matça təyin edilməsi zihniyyəti açıq-aydın ortaya qoymaqdadır. MHK sədrinin dünəni, bu günü, keçmişdən gələcəyə bütün əlaqələri hər yönü ilə araşdırılmalıdır! Türk futbolundakı bu çirkli struktur, gec ya da tez hər kəsin gözü önündə hesabat verəcəkdir” fikirlərini səsləndirib.

    “Qalatasaray”dan cavab gecikmədi

    “Qalatasaray” klubu “Fənərbaxça”nın bu ittihamlarına dərhal cavab verib. Klub, yeni transferi Leroy Sanenin sus işarəsi etdiyi fotoşəkili paylaşaraq rəqibinə göndərmə edib.

    Leroy Sane

    24 saat

  • Qaziantep FK-Qalatasaray matçı canlı yayımlanır

    Qaziantep FK-Qalatasaray matçı canlı yayımlanır

    Trendyol Süper Ligdə yeni mövsümün pərdəsi Gaziantepdə qalxır.

    Gaziantep FKGalatasaray qarşılaşması ilə yeni mövsümə start

    Trendyol Süper Lig 2025-26 mövsümü, Gaziantep FKGalatasaray arasında baş tutacaq maraqla gözlənilən oyunla start götürəcək. Bütün futbolsevərlərin diqqəti, Gaziantep Böyükşəhər Stadionunda keçiriləcək bu açılış matçına yönəlib. Qarşılaşmanı idarə etmək üçün hakim Əli Şansalan təyin olunub.

    Komandaların start heyətləri açıqlanıb

    Gaziantep FK-nın ilk on birliyi: Mustafa, Mbakata, Arda, Abena, Kevin, Bacuna, Sorescu, Maxim, Kozlowski, Lungoyi, Boateng.

    Galatasaray-ın ilk on birliyi: Günay, Sallai, Sanchez, Abdülkerim, Eren, Lemina, Torreira, Yunus, Sara, Sane, Barış Alper.

    Galatasaray 25-ci çempionluğu üçün mübarizə aparır

    Süper Ligdə ardıcıl 3-cü, ümumilikdə isə 25-ci çempionluğunu qazanmış Galatasaray, yeni sezondakı ilk rəsmi oyununu Gaziantep təmsilçisi ilə keçirir. Sarı-qırmızılılar, bu matçda da qələbə qazanaraq çempionluq yolunda inamlı addım atmaq istəyir.

    Ötən mövsümü 14-cü pillədə başa vuran Gaziantep FK isə, sezona yeni baş məşqçisi İsmət Taşdemir rəhbərliyi altında başlayır. Komanda, yeni mövsümdə daha yüksək nəticələr əldə etmək üçün çalışacaq.

    GalatasarayGaziantep FK liq tarixində 13-cü dəfə qarşılaşır

    GalatasarayGaziantep FK, Süper Lig tarixində sabah 13-cü dəfə üz-üzə gələcək. Bu iki komanda arasında keçirilən əvvəlki oyunlar, hər zaman gərgin və maraqlı mübarizə ilə yadda qalıb.

    Sarı-qırmızılı komanda, Gaziantep təmsilçisi ilə indiyədək keçirdiyi 12 oyunda biri texniki qələbə olmaqla 10 dəfə qalib gəlib. İki komanda arasındakı 1 oyun heç-heçə başa çatarkən, 1 matçı da Gaziantep FK qazanıb. Qollara gəlincə, sarı-qırmızılı komanda rəqib qapısından 27 top keçirib, öz qapısında isə 11 qol görüb.

    24 saat