Tag: #Antik Mısır

  • Misirdə Naməlum Şahzadənin Qəbrində Ağız Tapıldı: Axirətə Keçid

    Misirdə Naməlum Şahzadənin Qəbrində Ağız Tapıldı: Axirətə Keçid

    Misirin Sakkara bölgəsində aparılan arxeoloji qazıntılar zamanı təxminən 4.400 il əvvələ aid bir şahzadə məzarında indiyədək aşkar edilmiş ən böyük ‘saxta qapı’ tapılıb. Çəhrayı qranitdən hazırlanan bu nəhəng qapı, qədim Misir inancına görə ölümdən sonrakı həyata keçidin simvoludur.

    Dünya tarixinin ən sirli sivilizasiyalarından biri olan Qədim Misir min illər sonra belə bəşəriyyətin təxəyyülünü heyrətləndirməyə davam edir. Son olaraq, Misirin məşhur Sakkara nekropolunda aparılan qazıntılar indiyədək məlum olmayan ‘Şahzadə Userefre’ adlı bir şahzadənin izlərini üzə çıxarıb.

    SAXTA QAPI ‘O BİRİ DÜNYAYA’ AÇILIR

    Arxeoloqlar, şahzadənin yeraltı məzarında apardıqları araşdırmalarda, çəhrayı qranitdən hazırlanmış 4.5 metr hündürlüyündə və 1.15 metr enində nəhəng bir saxta qapı aşkar etdilər. Saxta qapılar Qədim Misir məzar memarlığında fiziki olaraq açılmayan, lakin ruhani keçid kimi qəbul edilən simvolik tikililər idi.

    SIRR QAPISI, AMMA HEÇ YERƏ APARMAYAN KEÇİD

    Əslində heç bir yerə açılmayan bu qapının, dünyasını dəyişən şəxsin ruhunun “o biri dünyaya” keçə bilməsi üçün hazırlandığına inanılır. Mövzu ilə bağlı açıqlama verən Kembric Universitetindən Dr. Melani Pitkin bu cür tikililərin məzar sahiblərinə əbədi həyatda bələdçilik etdiyini bildirir: “Saxta qapının qarşısında toplanan yaxınları və kahinlər, dünyasını dəyişən şəxsin adını ucadan oxuyaraq ona qurbanlar təqdim edirdilər. Bu, o biri dünyadakı həyatın davamı üçün müqəddəs bir ritual idi.”

    ŞAHZADƏNİN RÜTBƏLƏRİ İLƏ BƏZƏLİ QAPI ONUN GÜCÜNÜ GÖSTƏRİR

    Qapının üzərindəki ieroqlif yazılar Şahzadə Userefreyə aid rütbələri günümüzə çatdırır. Yazılar arasında “İrsi Şahzadə”, “Buto və Nexbet Bölgələrinin Valisi”, “Kral Katibi”, “Hakim”, “İlahi Oxucu” və “Nazir” kimi təsir edici rütbələr yer alır. Bu qədər yüksək statusa malik olmasına baxmayaraq, Şahzadə Userefrenin varlığı indiyədək elm dünyası tərəfindən bilinmirdi. Bu da kəşfi daha da əhəmiyyətli edir.

    ÇƏHRAYI QRANİT KRAL İMTİYAZI İDİ

    Arxeoloqların fikrincə, məzarda tapılan saxta qapının təkcə ölçüləri deyil, materialı da diqqət çəkir. Həmin dövrdə məzar tikililərində adətən əhəng daşından istifadə edildiyi halda, çəhrayı qranit yalnız kral ailəsi üzvləri üçün nəzərdə tutulurdu. Üstəlik, bu dəyərli daş təxminən 650 kilometr uzaqlıqdakı Asvan bölgəsindən gətirilmişdi. Bu da Şahzadə Userefrenin sadə bir zadəgandan daha artıq olduğunu göstərir.

    Qazıntı işlərinə Qədim Əsərlər Naziri Dr. Zahi Havassın rəhbərlik etdiyi qrup davam edir. Alimlər hazırda Şahzadə Userefrenin əsas dəfn olunduğu məzar otağını tapmağa çalışırlar. Məzar tamamilə aşkar edildikdə, Qədim Misirin sosial quruluşu və ölüm inancına dair daha çox məlumat əldə ediləcəyi gözlənilir.

    24 saat

  • 4800 illik qədim tapıntının sirri açıldı: Peşəsi müəyyənləşdi

    4800 illik qədim tapıntının sirri açıldı: Peşəsi müəyyənləşdi

    Analizlərə əsasən, bu fərdin qəhvəyi saçlı, qəhvəyi gözlü və tünd dərili olduğu müəyyən edilib. Aparılan genetik analizlər onun genomunun 80 faizinin Şimali Afrika, 20 faizinin isə Qərbi Asiya mənşəli olduğunu göstərir. Bu nəticələr Qədim Misir sivilizasiyasının Afrikanın digər bölgələrindən, eləcə də Mesopotamiyadan gələn miqrantlar və tacirlərlə birlikdə zəngin bir mədəniyyət mozaikasında yaşadığını ortaya qoyur.

    Francis Krik İnstitutunun genetikçisi Pontus Skoqlund bildirib ki, Misirdə isti və quraq iqlim səbəbindən DNT-nin qorunması çətin olduğundan, bu kəşf erkən Misir cəmiyyətlərinə dair ilk genetik analizlər təqdim edir. Yeni texnikalarla kontaminasiyanın qarşısını alaraq DNT-ni təhlil etməyə nail olan komanda, insan hərəkətliliyi haqqında mühüm məlumatlar əldə edib.

    Qalıqlar Qahirədən 265 kilometr cənubda yerləşən qədim Nuveyrat şəhərindəki bir nekropolda, qaya qəbrin içindəki böyük bir küpün içərisində tapılıb. Miladdan əvvəl 2855-2570-ci illər arasında öldüyü təxmin edilən bu şəxsin boyu 160 sm idi. Onun dişlərindəki güclü aşınmalar və irəliləmiş artirit əlamətləri 44-64 yaşları arasında vəfat etdiyini göstərir.

    PEŞƏSİ MÜƏYYƏN EDİLDİ

    Bu fərdin məzarı onun yüksək sosial statusuna işarə etsə də, skeletində gündəlik fiziki fəaliyyətlərə dair izlər də mövcuddur. Liverpul Con Murs Universitetindən bioarxeoloq Coel Ayriş qeyd edib ki, çanaq sümüklərinin genişlənməsi, qol sümüklərindəki irəliləmiş hərəkət izləri və sağ ayağındakı aydın artirit onun dulusçuluqla məşğul ola biləcəyinə dəlalət edir.

    Bu hal, adətən elitar qəbir praktikasında rast gəlinməyən dulusçuluq peşəsini icra edən bu şəxsin, fövqəladə bacarıqları sayəsində yüksək statusa nail ola biləcəyini düşündürür.

    Dişlərindən götürülən izotop analizləri, bu fərdin Nil Vadisində böyüdüyünü və buğda, arpa, eləcə də heyvan zülalı ilə zəngin bir qidalanma rejiminə sahib olduğunu ortaya qoyub. Bu qidalanma tərzi dövrün Qədim Misir əhalisi üçün xarakterik idi.

    Aberdin Universitetinin arkeogenetik alimi Linus Girdland Flink bildirib ki, skelet 1902-ci ildə qazılıb, Liverpul Dünya Muzeyinə bağışlanıb və İkinci Dünya Müharibəsi zamanı muzeyin bombalanmasına baxmayaraq sağ qalan nadir qalıqlardan biridir.

    Tədqiqatçılar bu fərdin hekayəsinin sivilizasiya haqqında daha ətraflı və dərindən bir anlayış inkişaf etdirmək üçün mühüm bir başlanğıc olduğunu ifadə ediblər.

    24 saat