Tag: #ArçhiBraun

  • Arçie Braun: Mourinyo klub seçimimdə əsas faktor

    Arçie Braun: Mourinyo klub seçimimdə əsas faktor

    FƏNƏRBAXÇANIN YENİ TRANSFERİ ARÇİ BRAUN HEYƏCANINI PAYLAŞDI

    Fənərbaxçanın yeni futbolçusu Arçi Braun, özünü sarı-göy rənglərə bağlayan müqaviləni imzaladıqdan sonra ilk açıqlamalarını verib.

    Komandaya transfer prosesini izah edən gənc futbolçu, sarı-göy formanı geyinmək üçün səbirsizliklə gözlədiyini bildirib.

    Transferindən sonra Fənərbaxça Televiziyasına verdiyi ilk müsahibəsində “Özümü evimdəki kimi hiss edirəm” deyən Arçi Braun sözlərinə belə davam edib:

    “Öncəliklə təşəkkür edirəm, açığı desəm, özümü evimdəki kimi hiss edirəm. Bura gəlməzdən əvvəl də özümü artıq bu ailənin bir hissəsi kimi hiss edirdim. İndiyə qədər bunu bu şəkildə təsvir edə bilərəm. Dürüstcə desəm, güclü hisslər içərisindəyəm. Şükürlər olsun ki, bura doğrudan da indidən mənə evimi xatırladır.”

    XOSE MOURİNYONUN RƏHBƏRLİYİ İLƏ KARYERAMIN ZİRVƏSİNƏ ÇATMAĞA ÇALIŞACAĞAM

    Xose Mourinyo ilə işləyəcəyi üçün qürur duyduğunu dilə gətirən Braun qeyd edib: “Xose Mourinyo bu kluba gəlməyimdə ən mühüm amillərdən biri olub. Mənim üçün onun təcrübələrindən çox şey öyrənmək, onunla işləmək böyük bir fürsətdir. Qısası, ondan maksimum bilik əldə etməyə və onun rəhbərliyi altında karyeramın ən yaxşı dövrünü yaşamağa çalışacağam. Bu səbəbdən də bu, mənim üçün böyük bir şərəfdir.”

    HƏR KƏS TƏRƏFİNDƏN İSTƏNİLMƏK MƏNİM ÜÇÜN HƏLLEDİCİ OLDU

    İngilis futbolçu Fənərbaxçanı seçmə səbəblərini belə sıralayıb:

    “Düşünürəm ki, bu, bir neçə səbəbin birləşməsi idi. Birincisi, əvvəlcə qeyd etdiyim kimi, klubdakı ailə mühiti idi. Hər kəs tərəfindən bu qədər istənilməyimi hiss etmək mənim üçün həqiqətən də çox vacib idi. Bundan əlavə, Devin Özəklə möhtəşəm bir görüşüm oldu. Bu, mənim üçün həqiqətən də həlledici amil idi. Prezident də eyni şəkildə. Həm prezident, həm də Devin Özək mənə özümü evimdəki kimi hiss etdirdilər, həqiqətən də xoş qarşılandığımı və burada olmağımı istədiklərini hiss etdirdilər. Açığı, onlara böyük minnətdarlığımı bildirməliyəm, çünki onlar olmasaydı, indi burada olardım mı, bilmirəm. Bu səbəbdən də onlara mütləq minnətdaram.”

    BU KLUB ÜÇÜN HƏR ŞEYİMİ VERMƏYƏ HAZIRAM

    Sonda azarkeşlərlə bağlı danışan Arçi Braun sözlərini belə yekunlaşdırıb: “Azarkeşlərə mesajım budur: Meydanda olmağı səbirsizliklə gözləyirəm. Burada olduğum müddətcə sona qədər mübarizə aparacağam. Meydanda əlimdən gələn hər şeyi verəcəyəm və məndən hər şeyi gözləyə bilərsiniz. Doğrudan da bu Fənərbaxça klubu üçün hər şeyimi verməyə hazıram. Burada olmaq mənim üçün bir şərəfdir. Başlamaq üçün səbirsizliklə gözləyirəm.”

    24 saat

  • Arçie Braun transferində kritik məqam: İki ulduzun qərarı gözlənilir

    Arçie Braun transferində kritik məqam: İki ulduzun qərarı gözlənilir

    Archie Brown uğrunda gərgin rəqabət

    Belçika Liqası təmsilçisi “Gent”də çıxış edən sol cinah müdafiəçisi Archie Brown üçün Avropanın iki nəhəng klubu, “Fənərbaxça” və “Milan” arasında qızğın bir transfer mübarizəsi gedir.

    Qarşılıqlı təkliflər və xüsusi jetlər

    “Gent” ilə 8 milyon avro məbləğində transfer haqqı qarşılığında razılığa gələn ilk klub “Fənərbaxça” olub. Türk tərəfi, “Milan”ın namizədliyini geri çəkdiyini düşünərək, futbolçunu İstanbula gətirmək üçün Brüsselə xüsusi bir təyyarə göndərmişdi. Lakin son anda “Milan” klubu vəziyyətə müdaxilə edərək, “Gent”ə “Fənərbaxça”nın təklif etdiyi rəqəmi ödəyəcəyini bildirdi. Bunun ardınca İtaliya nəhəngi də Brüsselə öz xüsusi təyyarəsini yollayaraq, futbolçu ilə şəxsi şərtləri müzakirə etməyə başladı.

    Qərar futbolçunun əlində

    “Gent” klubu həm “Fənərbaxça”nın, həm də “Milan”ın təklifini qəbul etdiyi üçün, gənc futbolçunun gələcəyi tamamilə onun öz qərarından asılıdır. Futbolçunu heyətində görməyi çox arzulayan “Fənərbaxça”nın baş məşqçisi Xose Mourinyonun da işə qarışaraq 23 yaşlı oyunçu Archie Brown ilə xüsusi bir görüş keçirdiyi məlum olub.

    Gərgin sona doğru

    Hər iki komanda gənc futbolçunu öz layihələrinə inandırmaq üçün ciddi səylər göstərir. Gənc futbolçunun yaxın zamanda verəcəyi qərarın nəticəsində, xüsusi təyyarələrdən biri İstanbul və ya Milanaya boş qayıtmaq məcburiyyətində qalacaq.

    24 saat