Tag: #ArdaTuranRekordu

  • Kənan Yıldız üçün edilən dəli təklif rədd edildi

    Kənan Yıldız üçün edilən dəli təklif rədd edildi

    İtaliyada parlayan ulduz: Kenan Yıldız Avropa nəhənglərinin radarına düşüb

    Kenan Yıldız üçün “Çelsi”nin təklifi rədd edildi

    Türkiyənin gənc istedadı Kenan Yıldız, İtaliyanın “Yuventus” klubundakı çıxışı ilə Avropanın aparıcı klublarının diqqətini çəkməyi bacarıb. Son olaraq, İngiltərənin nəhəng klubu “Çelsi” 20 yaşlı futbolçu üçün “Yuventus”a rəsmi təklif göndərib.

    İtaliya mətbuatının məlumatına görə, “Çelsi” Kenan Yıldız üçün “Yuventus”a 65 milyon avro təklif edib. Lakin, “Yuventus” klubu bu təklifi dərhal rədd edib. Klubun idman direktoru və baş məşqçisi, Kenan Yıldızı komandada saxlamaq niyyətindədirlər. “Yuventus” rəhbərliyi, gənc oyunçu üçün gələcək təkliflərə də qapılarını bağladığını açıqlayıb.

    Transfer rekordu əldən çıxdı

    Əgər “Yuventus” “Çelsi”nin təklifini qəbul etsəydi, Kenan Yıldız bir türk futbolçu üçün ödənilən ən yüksək transfer məbləği ilə tarixə düşəcəkdi. Hazırkı rekord, 34 milyon avroya “Atletiko Madrid”dən “Barselona”ya transfer olan Arda Turana məxsusdur. Lakin “Yuventus”un qəti mövqeyi bu rekordu yeniləməyə imkan vermədi.

    24 saat