Tag: #ArifErkinGözəlbeyoğlu

  • Memik Dədə vəfat etdi: Rol yoldaşından peşmanlıq etirafı

    Memik Dədə vəfat etdi: Rol yoldaşından peşmanlıq etirafı

    Sənət dünyasının kədəri: Arif Erkin Güzelbeyoğlu son mənzilə yola salındı

    “Yabancı Damat” serialında canlandırdığı “Memik Dede” personajı ilə yaddaşlarda silinməz izlər buraxan usta aktyor Arif Erkin Güzelbeyoğlunun vida mərasimi cümə namazından sonra keçirilib. Mərasimə İstanbul valisi Davut Gül, eləcə də sənət aləminin tanınmış simalarından Binnur Kaya, Meral Çetinkaya, Tülin Oral, Salih Kalyon və Cihat Tamer daxil olmaqla bir çox şəxs iştirak edib.

    Vida mərasimi və dəfn

    Dəfn namazının qılınmasından sonra mərhum sənətçi Zincirlikuyu Qəbiristanlığında son mənzilə yola salınıb. Güzelbeyoğlunun vəfatı sənət dünyasında dərin kədərə səbəb olub, sevilən aktyorun yoxluğu həm həmkarları, həm də tamaşaçılar arasında böyük üzüntü ilə qarşılanıb.

    Dostlarının qəlbindəki yeri

    Arif Erkin Güzelbeyoğlunun yaxın dostu Tülin Oral hisslərini bu sözlərlə ifadə edib:

    “Qırx illik dostum idi. Həyat yoldaşı ilə birlikdə son dərəcə zərif və istedadlı bir cütlük idilər. Son vaxtlar onu ziyarət etməyi planlaşdırırdım, lakin qismət olmadı. Arif hər zaman sənətə, insanlara və həyata xoş münasibətlə yanaşırdı. Onunla çalışmaq həmişə zövq verirdi. Bu, həm sənət aləmi üçün, həm də bəşəriyyət üçün böyük bir itkidir.”

    Oral daha sonra “Bu həftə ziyarətə getməyi düşünürdüm, amma qismət olmadı” sözləri ilə təəssüfünü bildirib.

    24 saat