Tag: Atalanta

  • Edersona alternativ qapıçı axtarılır

    Edersona alternativ qapıçı axtarılır

    “Qalatasaray” qapıçı transferinə fokuslanıb

    “Qalatasaray” transfer dövrünün əsas hissəsini Viktor Osimhen-ə həsr etdikdən sonra, indi tamamilə qapıçı transferinə yönəlib. İlk hədəf “Mançester Siti”dən Ederson idi, lakin yüksək maliyyət səbəbindən danışıqlar dayandırıldı. Alternativ namizədlərə yönələn “Cimbom” B, C, D planlarını aktivləşdirib.

    Tam tələblərə cavab verən namizəd

    Dörd bir tərəfdən axtarışa başlayan sarı-qırmızılı rəhbərlər, ilk növbədə “Atalanta”da çıxış edən Marko Karnesekkini yaxından izləyir. Abdullah Kavukcunun “Adı mətbuatda hallanmayan 3 qapıçı ilə danışıqlar aparırıq” tərifinə uyğun gələn 25 yaşlı qolkiper üçün əməliyyat hazırlığı görülür.

    5+20’lik təklif

    Yaxın zamanda İtaliyaya gedəcək olan Kavukcu, “Atalanta” ilə masa arxasına oturacaq. 2028-ci ilə qədər müqaviləsi olan Marko Karnesekkinin hazırkı bazar dəyəri 25 milyon avrodur. “Cimbom”un 5 milyon avro icarə və 20 milyon avro da satın alma opsiyonu ilə təklif edəcəyi xəbərləri yayılıb.

    24 saat

  • Amrabata təklif gəldi Məbləğ məlum oldu

    Amrabata təklif gəldi Məbləğ məlum oldu

    Fenerbahçe komandasının heyətindəki dəyişikliklər təkcə yeni transferlər deyil, həm də komandadan ayrılacaq futbolçularla bağlıdır. Sarı-lacivərtlilərin ötən mövsüm heyətinə qatdığı əsas fiqurlardan biri olan Sofyan Amrabat üçün İtaliya klublarından biri tərəfindən ciddi təklif irəli sürülüb.

    “Atalanta” Amrabat üçün hərəkətə keçdi

    İtaliya mətbuatında yayılan xəbərlərə əsasən, “Atalanta” klubu Faslı yarımmüdafiəçi üçün aktiv şəkildə hərəkətə keçib. Komandanın hücum xəttinə Sulemana və cinah mövqeyinə Ahanorun cəlb edilməsindən sonra, məhz Amrabat əsas hədəf kimi müəyyənləşdirilib. “Fenerbahçe”nin 28 yaşlı Faslı yarımmüdafiəçisinin həm də Hollandiya pasportuna sahib olması və Avropa Birliyi vətəndaşı kimi tanınması “Atalanta”nın İtaliya A Seriyası üçün oyunçu qeydiyyat qaydalarında işini xeyli asanlaşdırır. Bildirilir ki, Berqamo klubunun rəhbərliyinə Amrabatın namizədliyini şəxsən baş məşqçi İvan Yuriç təqdim edib.

    Transferdə qiymət fərqi

    “Atalanta” bonuslar daxil olmaqla, bu transfer üçün 15 milyon avrodan artıq vəsait xərcləmək fikrində deyil. Joze Mourinyonun idarə etdiyi “Fenerbahçe” isə Amrabatın klubdan ayrılması müqabilində 20 milyon avro məbləğində transfer haqqı tələb edir. Qeyd edək ki, Amrabatla Səudiyyə Ərəbistanı Peşəkar Liqasından da bir neçə klubun ciddi maraqlandığı bildirilir.

    24 saat