Tag: #Ayasofya

  • Mauro İkardinin sevgilisi Çayna Suares susmadı

    Mauro İkardinin sevgilisi Çayna Suares susmadı

    Mauro Icardinin Şəxsi Həyatındakı Çətin Sınaqlar və Yeni Dönəm

    “Qalatasaray” futbol klubunun ulduz oyunçusu Mauro Icardinin şəxsi həyatı, 2014-cü ildə evləndiyi Wanda Naranın ona xəyanəti ilə böyük sarsıntıya uğramışdı. L-Qante adlı müğənni ilə adı hallanan keçmiş həyat yoldaşından boşanma prosesi tamamlandıqdan dərhal sonra, futbolçu argentinalı model və aktrisa China Suarez ilə yeni bir münasibətə başlamışdı. Bu münasibət cütlüyün keçən həftələrdə nişanlanması ilə rəsmiləşdirilmiş və ictimaiyyətin diqqət mərkəzinə çevrilmişdi.

    Aktrisa China Suarezin Övladları ilə İstanbul Səfəri

    Bu arada, aktrisanın keçmiş həyat yoldaşı Benjamín Vicuñanın əvvəlcə uşaqlarının Türkiyəyə gəlməsinə icazə vermədiyi məlum olmuşdu. Bu səbəbdən o, bir müddət övladlarını İstanbula gətirə bilməmişdi. Lakin bu yaxınlarda aktrisa nəhayət ki, üç övladını İstanbula gətirməyə müvəffəq oldu. Suárez övladları ilə birlikdə ötən günlərdə şəhərin zəngin tarixi və turistik məkanlarını, o cümlədən Ayasofya Məscidini maraqla gəzmişdi.

    Ayasofya Məscidi ziyarətindən sonra Suárezin sosial şəbəkələrdə hicablı yayımladığı fotolar geniş müzakirələrə səbəb olmuşdu. Fotolardan birinin altına bir izləyici “Gülünc görünürsən” şərhini yazmışdı. Buna cavab olaraq aktrisa dərhal reaksiya verərək demişdi: “Burada dini məkanlara daxil olmaq üçün hicab taxmaq məcburidir! Bu, dəb deyil, digər mədəniyyətlərə və inanclara hörmət əlamətidir.” Onun bu açıqlaması sosial mediada bəyəni ilə qarşılanmışdı.

    24 saat

  • ABŞ mətbuatından İstanbul zəlzələsi üçün həyəcan təbili: Vaxt daralır, Ayasofya təhlükədə

    ABŞ mətbuatından İstanbul zəlzələsi üçün həyəcan təbili: Vaxt daralır, Ayasofya təhlükədə

    İstanbul, dünyanın ən böyük və ən qədim metropolislərindən biri olaraq, 16 milyonluq əhalisi ilə yanaşı, Ayasofiyadan Yerebatan Sarnıcınadək minillik tarixi ilə bəşəriyyət mədəniyyətinin yaddaşı kimi də önə çıxır. Lakin bu misilsiz irs, hazırda böyük bir təhlükə ilə üz-üzədir: elm adamlarına görə, İstanbulda hər an 7 baldan yuxarı güclü bir zəlzələ baş verə bilər. Bu, yalnız binaları deyil, bütöv bir sivilizasiyanı yerlə bir edə bilər.

    Ayasofya Riski

    ABŞ-ın aparıcı qəzetlərindən “Washington Post”, İstanbulun zəlzələ həqiqətini və tarixi strukturların bu təhdidə nə qədər hazırlıqsız olduğunu vurğulayan diqqətçəkən bir dosya dərc edib. Xəbərdə qeyd olunur ki, şəhərin simvoluna çevrilmiş tarixi abidələr böyük bir sarsıntı qarşısında dayana bilməz. Təhlükədə olan tikililərin başında isə Ayasofya gəlir. 1500 illik bu nəhəng yapı, keçmişdə bir çox zəlzələyə müqavimət göstərsə də, mütəxəssislər növbəti böyük sarsıntının onu da dağıda biləcəyi barədə xəbərdarlıq edirlər. Geofizika mütəxəssisi Tomas L. Pratt, “Ayasofya kimi ağır və nəhəng tikililərə seysmik izolyator yerləşdirmək demək olar ki, qeyri-mümkündür” deyərək təhlükənin miqyasını vurğulayıb.

    Yerebatan Sarnıcı və Digər Abidələr də Təhlükə Altında

    Məqaləyə görə, zəlzələ riski daşıyan tikililər yalnız Ayasofya ilə məhdudlaşmır. Yerebatan Sarnıcının da böyük bir sarsıntıda ciddi ziyan görə biləcəyi bildirilir. Yeraltı nəhəng quruluşun torpaq mayeləşməsinə və çökmələrə qarşı olduqca həssas olduğu ifadə edilir. Bununla yanaşı, Osmanlı dövründən günümüzə qədər gəlib çatmış Çinili Hamam kimi tarixi hamamlar da risk altındadır. Onların bərpa işləri tamamlanmış olsa da, seysmik gücləndirmə baxımından bu tikililər kifayət qədər təhlükəsiz deyil.

    İstanbul: Saatlı Bomba

    Həm türk, həm də xarici mütəxəssislər, İstanbulun sanki bir saatlı bomba üzərində oturduğu fikrində həmfikirdirlər. “Washington Post”a danışan zəlzələ mütəxəssisləri, şəhərin tarixi rayonlarındakı yüzlərlə binanın xaricdən möhkəm görünsə də, ən kiçik bir sarsıntıda belə yerlə bir olacağını iddia edirlər.

    24 saat