Tag: #Bənzərlik

  • 21 yaşındakı Nurgül Yeşilçay Afra Saraçoğlu zənn edildi

    21 yaşındakı Nurgül Yeşilçay Afra Saraçoğlu zənn edildi

    NURGÜL YEŞİLÇAYIN GƏNCLİK FOTOSU GÜNDƏM OLDU

    Türk kinosunun sevilən simalarından, ekranlardan uzun müddət uzaq qalan aktrisa Nurgül Yeşilçay, sosial media hesabındakı paylaşımları ilə hər zaman diqqət mərkəzində qalır. Aktrisa bu dəfə İnstaqram səhifəsində 21 yaşındakı gənclik fotosunu yayımlayaraq, izləyicilərinə “Mən burada kimə bənzəyirəm?” sualını ünvanlayıb. Bu səmimi paylaşım qısa zamanda böyük marağa səbəb olub və çoxsaylı şərhlər yazılıb.

    AFRA SARAÇOĞLU İLƏ HEYRƏTAMİZ BƏNZƏRLİK

    Yeşilçayın bu gənclik fotosu izləyicilər arasında geniş müzakirələrə yol açıb. Aktrisanın gənc yaşdakı görünüşü, xüsusilə üz cizgiləri, Türkiyənin digər məşhur aktrisası Afra Saraçoğluna heyrətamiz dərəcədə bənzədilib. Sosial şəbəkə istifadəçilərinin əksəriyyəti şərh bölməsində onu ‘Afra Saraçoğlunun əkizi’ kimi dəyərləndiriblər.

    Məlumat üçün bildirək ki, böyük rezonans doğuran gənclik fotosunun sahibi Nurgül Yeşilçay illər öncə “Fazilet Hanım ve Kızları” serialında Afra Saraçoğlu ilə ana-qız obrazlarını canlandırmışdı. Bu, onların aralarındakı bənzərliyin daha da vurğulanmasına səbəb olub.

    NURGÜL YEŞİLÇAYIN UNUDULMAZ GƏNCLİK HALI

    24 saat

  • Sosial media bu pozanı danışır: ‘Kimə bənzəyirəm’

    Sosial media bu pozanı danışır: ‘Kimə bənzəyirəm’

    Türk televiziya və kino dünyasının güclü qadın aktrisalarından biri olan Nurgül Yeşilçay hər zaman gündəmdə qalmağı bacarır. Xüsusilə “Asmalı Konak” serialındakı Bahar obrazı ilə yaddaşlara həkk olunan aktrisa, “Paramparça”, “Muhteşem Yüzyıl: Kösem” və “Veda Mektubu” kimi layihələrdəki ifası ilə uğurlarını artırıb.

    Son dövrlərdə sosial media paylaşımları ilə də adından söz etdirən Nurgül Yeşilçay heyranları ilə yemək bişirmə anlarını, ən filtrsiz halları və əyləncəli paylaşımlarını tez-tez bölüşür. Son olaraq gənclik fotosunu paylaşan aktrisa sosial mediada geniş müzakirələrə səbəb olub.

    Aktrisanın qızı rolunu oynayan ulduza bənzədildi

    Ancaq son olaraq, 21 yaşlı bir fotosunu “Sizcə kimə bənzəyirəm?” qeydi ilə paylaşan Nurgül Yeşilçay sosial media dünyasında əsl fırtına yaratdı. Gənclik fotosu sürətlə minlərlə bəyənmə qazanarkən, istifadəçilər aktrisanın bənzərliyini müzakirə etməyə başladılar.

    Şərhlər arasında gənc Yeşilçayın Afra Saraçoğluna bənzərliyi önə çıxdı. Xüsusilə göz quruluşu və üz cizgiləri ilə Yeşilçayın gənclik fotosu, indiki məşhur simaya bənzədildi.

    Bu bənzərlik yalnız fotoşəkillə məhdudlaşmadı. Nurgül YeşilçayAfra Saraçoğlu 2016-cı ildə çəkilmiş “İkinci Şans” filmində ana-qız olaraq eyni kadrda yer almışdılar. Yeşilçay filmdə “Yasemin” obrazını canlandırarkən, Afra Saraçoğlu da onun qızı “Çiçək” rolu ilə diqqət çəkmişdi.

    Aradan keçən illərdən sonra, Yeşilçayın 21 yaşlı fotosunun Afra Saraçoğluna bənzədilməsi, “Həqiqətən ana-qız kimi idilər!” şərhlərinə səbəb oldu.

    24 saat