Tag: #Babadır

  • Volkan Demireldən Aziz Yıldırım paylaşımı böyük maraq doğurdu

    Volkan Demireldən Aziz Yıldırım paylaşımı böyük maraq doğurdu

    Fənərbaxça ailəsi bir araya gəldi

    Keçmişdə Fənərbaxça klubunda tərcüməçi vəzifəsini icra edən Dəniz Sarıtaç ailə həyatı qurdu. Toy mərasimində sarı-lacivərd camiənin önəmli simaları bir araya gəldi.

    Klubun əfsanəvi prezidentlərindən Əziz Yıldırımın, eləcə də Aykut Kocaman, Volkan Demirel və Kristian Baroni, Pyer Vebo kimi adların da iştirak etdiyi toyda Volkan Demirelin paylaşımı diqqət çəkdi.

    Bir sözlə ifadə etdi

    Fənərbaxçanın keçmiş futbolçusu olan və hazırda baş məşqçi və idman şərhçisi kimi fəaliyyət göstərən Volkan Demirel, Əziz Yıldırım ilə çəkilən bir fotoşəklini sosial media hesabında paylaşdı.

    Demirel, bu paylaşımına “Atadır!” qeydini əlavə etdi. Təcrübəli futbol adamının bir sözlə etdiyi paylaşım qısa müddətdə sosial medianın gündəminə düşdü. Qısa zaman ərzində sarı-lacivərd azarkeşlərin göstərdiyi böyük maraq səbəbindən paylaşım rekordlar qırdı.

    24 saat