Tag: #BodoGlimt

  • TFF oyunların vaxtını eyni saata saldı

    TFF oyunların vaxtını eyni saata saldı

    Qalatasarayın Çempionlar Liqası matçına Süper Liqa kölgəsi

    Türkiyə Futbol Federasiyasının (TFF) Qalatasarayın UEFA Çempionlar Liqasında Norveçin Bodo/Glimt komandası ilə qarşılaşacağı vaxta, Süper Liqadan 2 oyun təyin etməsi mübahisələrə səbəb olub.

    Qalatasaray Avropanın ən böyük səhnəsində

    Türkiyəni UEFA Çempionlar Liqasında təmsil edən sarı-qırmızılı komanda, 22 Oktyabr Çərşənbə günü Norveç təmsilçisi Bodo/Glimti qəbul edəcək. RAMS Parkında baş tutacaq matç saat 19:45-də başlayacaq.

    Təxirə salınmış matçlar eyni saatda

    Qalatasaray-Bodo/Glimt matçının oynanılacağı 22 Oktyabr Çərşənbə günü, eyni zamanda Süper Liqada 3-cü həftənin iki təxirə salınmış oyunu da keçiriləcək. TÜMOSAN Konyaspor-Beşiktaş və Çaykur Rizespor-RAMS Başakşehir qarşılaşmaları da saat 20:00-da start götürəcək.

    TFF-nin bir Türk komandasının Çempionlar Liqasında mübarizə apardığı axşama yerli liqa matçı salması, həm milli statuslu Qalatasaray-Bodo/Glimt matçının ab-havasına mənfi təsir göstərəcəyi, həm də şifrəli platformadan yayımlanan Süper Liqa qarşılaşmalarının izlənməsini azaldaraq təşkilatın marka dəyərinə təsir edəcəyi tənqidlərinə yol açıb.

    24 saat