Tag: #BraziliyaFutbolu

  • Neymar ağladı, komanda məğlub oldu

    Neymar ağladı, komanda məğlub oldu

    Braziliya futbolunda sensasiyalı nəticə: Neymarın komandası darmadağın edildi

    Braziliyanın iki köklü klubu – Santos və Vasko da Qama Morumbis stadionunda üz-üzə gəlib. Qarşılaşma futbol tarixinə düşəcək qədər böyük hesablı məğlubiyyətlə yekunlaşıb.

    Neymarın komandası 6 cavabsız qolla məğlub oldu

    Neymarın formasını geyindiyi Santos, Vasko da Qamaya 6-0 hesabı ilə yenilib. Bu sarsıdıcı məğlubiyyətdən sonra Neymar göz yaşlarını saxlaya bilməyib.

    Neymar üçün bir ilk

    Bu nəticə Neymarın karyerasında yaşadığı ən ağır məğlubiyyətlərdən biri kimi qeydə düşüb. Santos azarkeşləri etiraz əlaməti olaraq komandalarına arxa çeviriblər. Matçın dərhal ardından baş məşqçi Kleber Xavier vəzifəsindən azad edilib.

    2009-cu ildə peşəkar karyerasına başlayan braziliyalı ulduz indiyədək oynadığı komandalarda ən böyük hesabla məğlubiyyəti 4 qol fərqi ilə yaşamışdı. Santosun Vaskoya 6-0 hesabı ilə uduzması isə Neymarın futbol həyatında ən ağır məğlubiyyət anı olub.

    24 saat

  • Trabzonsporun istədiyi futbolçu “Flamengo”ya keçdi

    Trabzonsporun istədiyi futbolçu “Flamengo”ya keçdi

    Flamengo Carrascal Transferini Rəsmiləşdirdi

    Braziliyanın futbol klubu Flamengo, Rusiyanın Dinamo Moskva komandasından kolumbiyalı oyunçu Jorge Carrascalı transfer edib. 27 yaşlı Carrascal ötən mövsümün əvvəlində Türkiyənin Trabzonspor klubunun gündəmində idi, lakin transfer baş tutmamışdı.

    Carrascal İlə 4 İllik Müqavilə İmzalandı

    Flamengo klubu hücumameyilli yarımmüdafiəçi Carrascal ilə dörd illik müqavilə imzaladığını açıqlayıb. Braziliya mətbuatında yayılan məlumatlara görə, transfer 12,5 milyon avro dəyərində başa gəlib.

    Carrascalın Karyera Yoluna Nəzər

    Carrascal karyerasına doğulduğu ölkənin Millonarios komandasında başlayıb. Daha sonra Ukraynada Karpaty Lviv, Argentinada River Plate və Rusiyada Dinamo Moskva ilə yanaşı, CSKA Moskva klublarında da çıxış edib. Ötən mövsümdə Dinamo Moskva forması ilə 35 oyuna çıxan Carrascal, 8 qol vurmağa nail olub.

    Flamengo Transfer Bazarına Damğa Vurur

    Transfer bazarında aktiv günlər yaşayan Flamengo klubunun heyətinə Jorginho, Saul Niguez, Emerson Royal və Samuel Linodan sonra Carrascalı da qatması komandanı daha da gücləndirib.

    24 saat

  • Fluminense yarımfinaldə: İkiqat dəyərli rəqibi keçdi

    Fluminense yarımfinaldə: İkiqat dəyərli rəqibi keçdi

    2025-ci il FIFA Klublararası Dünya Çempionatının dörddəbir final mərhələsində Braziliya təmsilçisi Fluminense Səudiyyə Ərəbistanının Al Hilal klubu ilə üz-üzə gəlib.

    ABŞ-ın Orlando şəhərindəki Kempinq Vorld Stadionunda baş tutan görüşdə Fluminense rəqibi Al Hilalı 2:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Braziliya təmsilçisinin qollarını 40-cı dəqiqədə Martinelli, 70-ci dəqiqədə isə Herkules vurub. Səudiyyə Ərəbistanı komandasının yeganə qolunu 51-ci dəqiqədə Markos Leonardo fərqləndirib.

    Dəyər Fərqi Diqqət Çəkdi

    Ümumi heyət dəyəri 86.15 milyon avro təşkil edən Braziliya kollektivi Fluminense, tərkibində dünya ulduzları olan və 161.58 milyon avroluq heyət dəyərinə malik Al Hilalı turnirdən kənarlaşdırıb.

    Fluminense yarım finalda Palmeiras – Çelsi cütlüyünün qalibi ilə qarşılaşacaq. Braziliya təmsilçisi 2025-ci il FIFA Klublararası Dünya Çempionatında indiyədək keçirdiyi heç bir matçda məğlubiyyət üzü görməyib.

    24 saat