Tag: #Burnley

  • Mançester Yunayted iki dəfə öndə olsa da, çətin qələbə qazandı

    Mançester Yunayted iki dəfə öndə olsa da, çətin qələbə qazandı

    İngiltərə Premyer Liqasında “Mançester Yunayted” qələbə qazandı

    İngiltərə Premyer Liqa‘nın 3-cü turunda “Mançester Yunayted” “Bernli”ni qəbul edib.

    “Old Trafford”da baş tutan mübarizədə meydan sahibi komanda 3-2 hesabı ilə qalib gəlib.

    Qollara bolluca şahid olan oyun

    Matçın 27-ci dəqiqəsində Coş Kallenin avtoqolu ilə “Mançester Yunayted” 1-0 hesabıyla önə keçib. 55-ci dəqiqədə “Bernli” Layl Fosterin qolu ilə hesabı bərabərləşdirib. 57-ci dəqiqədə Brayan Mbeumo “Mançester”i yenidən önə çıxarıb. 66-cı dəqiqədə Jaydon Entoni fərqlənərək “Bernli”nin bir daha bərabərliyi təmin etməsinə nail olub.

    Penalti “Mançester Yunayted”i məğlubiyyətdən xilas etdi

    Oyunun əsas vaxtına əlavə olunmuş 6-cı dəqiqədə “Mançester Yunayted” penalti qazanıb. Topa yaxınlaşan Bruno Fernandes səhvə yol verməyərək “Mançester Yunayted”ə liqada üç həftə sonra ilk qələbəsini qazandırıb.

    “Mançester Yunayted”də Altay Bayındır 90 dəqiqə meydanda olub.

    Bu nəticədən sonra Ruben Amorimin baş məşqçi olduğu “Mançester Yunayted” xallarının sayını 4-ə yüksəldib. “Bernli” isə 3 xalda qalıb.

    Komandaların növbəti oyunları

    İngiltərə Premyer Liqasının gələn həftəsində “Mançester Yunayted” “Mançester Siti”nin qonağı olacaq. “Bernli” isə “Liverpul”u qəbul edəcək.

    24 saat

  • Futbolda ilk dəfə 8 saniyə qaydası tətbiq olundu

    Futbolda ilk dəfə 8 saniyə qaydası tətbiq olundu

    İngiltərə Premyer Liqasında yeni qayda ilk sınağından keçdi.

    Dubravkanın səhvi kornerlə nəticələndi

    İngiltərə Premyer Liqasının açılış turunda “Tottenhem” və “Börnli” komandaları üz-üzə gəlib. “Tottenhem Hotspur” stadionunda baş tutan qarşılaşmanın 4-cü dəqiqəsində “Börnli”nin qapıçısı Dubravka topu əlində 8 saniyədən artıq saxlayıb. Futbol qaydaları üzrə beynəlxalq şuranın (IFAB) açıqladığı yeni qaydaya əsasən, qapıçılar topu əlində 8 saniyədən artıq saxladıqda rəqib komanda korner zərbəsi qazanır. Dubravkanın bu səhvi ilə yeni qayda Premyer Liqada ilk dəfə tətbiq edildi və “Tottenhem” korner vuruşu hüququ əldə etdi.

    Yeni qayda nə deyir?

    IFAB-ın rəsmi saytında yayımlanan məlumata görə, bundan sonra qapıçı topu əlində maksimum 8 saniyə saxlaya bilər. Əgər qapıçı topu 8 saniyədən çox saxlayarsa, rəqib komanda korner zərbəsi qazanacaq. Əvvəlki qaydada rəqib komandaya dolayı cərimə zərbəsi verilməzdən əvvəl qapıçının topu buraxması üçün 6 saniyəsi var idi, lakin bu qayda hakimlər tərəfindən nadir hallarda tətbiq edilirdi.

    24 saat