Tag: #Çaykur Rizespor

  • Rizəspor Fildişi Sahilli qapıçını transfer etdi

    Rizəspor Fildişi Sahilli qapıçını transfer etdi

    Çaykur Rizespor qapıçısı Yahia Fofana ilə anlaşıb

    Türkiyə Super Liqasının komandalarından olan Çaykur Rizespor, Fildişi Sahili milli komandasının qapıçısı Yahia Fofana ilə üç illik müqavilə imzalayıb.

    Yeni transfer tibbi müayinədən keçib

    Klubdan verilən açıqlamada bildirilir ki, Fransa Liqa 1 təmsilçisi Angers və Fofana ilə razılıq əldə olunub. 25 yaşlı oyunçu Türkiyəyə gəldikdən sonra Acıbadem Altunizade Xəstəxanasında tibbi müayinədən keçib.

    Rizespor Fofana ilə müqavilə bağladı

    Müayinələr və rəsmi prosedurlar tamamlandıqdan sonra Fofana özünü üç il müddətinə yaşıl-mavililərə bağlayan müqaviləyə imza atıb.

    Açıqlamada qeyd olunur: “Yeni transferimiz Yahia Fofana-ya “xoş gəldin” deyir, ona uğurlar arzulayırıq.”

    24 saat