Hakim qərarlarına reaksiya
“Qalatasaray” öz meydanında “Beşiktaş” ilə 1-1 hesablı bərabərə qalaraq mövsümün ilk xal itkisini yaşadı. Bundan sonra komandanın hədəfində Yasin Kol və İbrahim Hacıosmanoğlu var. Baş məşqçi Okan Burukun matçdan sonra hakim heyətinin idarəçiliyi üçün “Fiasko” ifadəsini işlətməsi və Kolun ertəsi gün “Sarıyer-Sakaryaspor” matçına VAR hakimi təyin edilməsi bardağı daşıran son damla oldu. “Qalatasaray” rəhbərliyi bu qərara sərt reaksiya verərək, “Cəza gözləyərkən, mükafatlandırıldı” şəklində narazılığını ifadə etdi.
Türkiyə Futbol Federasiyasında sükut
Arda Qardaşlar nümunəsi üzərindən Türkiyə Futbol Federasiyasının (TFF) sədri İbrahim Hacıosmanoğlu tənqid atəşinə tutuldu. Hacıosmanoğlu, “Trabzonspor”un “Qaziantep FK” matçında Qardaşların üstünlüyü kəsdiyi üçün canlı yayımda bildirmişdi ki, “Bu səhv deyil, planlı hərəkətdir. 40 illik idman təcrübəmdə belə bir şey görmədim”. Bundan sonra Qardaşlar hakimlikdən kənarlaşdırılmışdı. Kolun eyni hərəkətinə isə TFF tərəfindən heç kim reaksiya vermədi. Bu vəziyyət sarı-qırmızılı düşərgədə “İkiqat standart” olaraq qiymətləndirildi.