Tag: dronlar

  • Avropada 10-dan çox sirli hadisə: Mənbəyi bilinmir

    Avropada 10-dan çox sirli hadisə: Mənbəyi bilinmir

    Avropada son həftələrdə ard-arda baş verən sirli dron insidentləri qitədə həyəcan siqnalı çalınmasına səbəb olub. Litvada partlayıcı yüklü pilotsuz uçuş aparatının aşkar edilməsi, Danimarka və Norveçdə hava məkanlarının müvəqqəti bağlanması, Almaniyada Münhen Hava Limanının iki dəfə bağlanması və ABŞ-da oxşar halların müşahidə olunması “hibrid təhlükə” narahatlıqlarını yenidən gündəmə gətirib.

    Münhen Hava Limanında Həyəcan Təbili

    Almaniyadakı son hadisə Avropa miqyasında qeyri-müəyyənliyin fitilini alovlandırıb. Münhen Hava Limanı cümə axşamı gecəsi naməlum dronların müşahidə edilməsi səbəbindən tam 7 saat ərzində fəaliyyətini dayandırıb. Cümə səhəri yenidən açılan hava limanı, axşam saatlarında ikinci dalğa dron müşahidələrinə görə təkrar uçuşlara bağlanıb.
    Axşam saatlarında başlayan məhdudiyyət qısa müddətdə tam bağlanmaya çevrilib. Təxminən 6 min 500 sərnişin hava limanında məcburən qalmalı olub, uçuşlar isə Ştutqart, Nürnberq, Vyana və Frankfurta yönləndirilib.
    Alman Hava Hərəkətinə Nəzarət Mərkəzi (DFS) “təsdiqlənməmiş dron müşahidələri” barədə xəbərdarlıq etdiklərini və sərnişin təhlükəsizliyini qorumaq məqsədilə bütün əməliyyatların dayandırıldığını açıqlayıb.

    Avropada Dron İnsidentləri Artır

    Münhendəki bu son hadisə sentyabr ayı boyunca Avropada ard-arda yaşanan oxşar dron insidentləri silsiləsinin bir hissəsi idi. NATO ölkələri arasında “koordinasiyalı hibrid hücum” ehtimalı müzakirə olunur.
    Son zamanlarda baş verən dron müdaxilələri:
    Polşa: Sentyabrın 9-da 19 Rusiya pilotsuz uçuş aparatının ölkə ərazisinə daxil olduğu, bunlardan dördünün vurulduğu bildirildi. Bu hadisə Ukrayna müharibəsinin əvvəlindən bəri Polşaya qarşı ilk birbaşa dron hücumu kimi qeydə alındı.
    Rumıniya: Sentyabrın 8 və 13-də Ukrayna sərhədində Rusiya istehsalı “Geran” tipli kamikadze dronlar aşkar edildi; F-16 təyyarələri havaya qalxdı.
    Danimarka: Kopenhagen, Aalborq və Billund başda olmaqla bir çox hava limanında dron müşahidələri səbəbindən uçuşlar dayandırıldı.
    Litva: İyulun 28-də Rusiyadan gələn bir dron hərbi təlim sahəsində partlayıcı yüklü halda tapıldı.
    Latviya: Belarus sərhədindən gələn bir dron ölkənin şərqində düşdü.
    Norveç: Sentyabrın 23-də Oslo Hava Limanı ətrafında dron görünməsi səbəbindən hava məkanı üç saat bağlandı.
    Fransa: Sentyabrın 22-si gecəsi Mourmelon-le-Grand hərbi bazası üzərində naməlum dronlar aşkar edildi.
    Almaniya: İlin ilk doqquz ayında hava limanları ətrafında 144 dron insidentləri qeydə alındı.

    Pentaqon da Hibrid Təhlükə Qarşısında

    Oxşar hadisələr ABŞ-da da yaşanır. Pentaqon ötən il Virciniya ştatındakı Lenqli Hərbi Hava Bazası üzərində 17 gün ərzində uçan naməlum dron sürüsünü hələ də müəyyən edə bilməyib. Rəsmilər bu aparatların “otbiçən səsi çıaran”, yüksək sürətli və nizamlı şəkildə hərəkət edən bir “dron filosu” olduğunu açıqlayıblar.

    24 saat

  • Müharibədə ilk: Ukrayna ‘balıq toru’ ilə Rus dronlarını ovlayır

    Müharibədə ilk: Ukrayna ‘balıq toru’ ilə Rus dronlarını ovlayır

    Ukraynanın şərq cəbhəsində, qaynar təmas xətlərinə aparan yolların üzərində indi təkcə toz buludları deyil, həm də yuxarıdan sallanan sıx torlar görünür. Bunlar adi balıq torlarına bənzəsə də, hədəfləri artıq dənizdən deyil, göydən gəlir: Rusiya dronları.

    ƏN EFFEKTİV HƏLL

    Yollara, nəzarət məntəqələrinə və hərbi mövqelərə qurulan bu torlar, pilotsuz uçuş aparatlarının pərvanələrinə dolaşaraq onları zərərsizləşdirir. Sıx toxunmuş quruluşu sayəsində, sürətlə gələn hücum dronunu saniyələr ərzində havada tutub yerə sala bilir. Xüsusilə, siqnal kəsici sistemlərdən təsirlənməyən və fiber optik kabellərlə idarə olunan Rusiya pilotsuz uçuş aparatlarına qarşı ən effektiv həll budur.

    TƏHLÜKƏSİZ DƏHLİZ HƏDƏFİ

    Torların əksəriyyəti cəbhə xətlərindən uzaq Şimali Avropadakı limanlardan gətirilir. İsveç mərkəzli “OperationChange” adlı yardım təşkilatının təsisçisi Ludvig Ramestam bildirib ki, “Bu torlara ikinci bir həyat veririk.” Ramestamın sözlərinə görə, yalnız 2025-ci ilin ilk yarısında Ukraynaya 250 ton tor göndərilib. Hədəf isə cəbhə yollarını balıq toru ilə hörərək “dronlara qapalı” təhlükəsiz dəhlizlər yaratmaqdır.

    TOR TUNELİ SİSTEMİ

    Ukraynanalı əsgərlərin “tor dəhlizi” adlandırdığı bu quruluşlar, cəbhəyə gedən yolların təhlükəsizliyini təmin etmək üçün dirəklər arasına çəkilən tülvari keçidlərdən ibarətdir. Hərbi nəqliyyat vasitələri bu tunellərin içindən keçərək Rusiya dronlarının hədəfi olmaqdan yayınır.

    Yalnız yollar deyil, hərbi avtomobillər də torlarla örtülür. Hətta bəziləri “Mad Max” filmlərini xatırladacaq şəkildə zəncir qəfəslərlə təchiz edilmişdir. Bu sistem dronların nəqliyyat vasitəsinə dəymədən bir neçə metr əvvəl partlamasını təmin edərək zərəri minimuma endirir.

    KÖHNƏ SİLAHLAR YENİDƏN SAHƏDƏ

    Ukraynada dronlara qarşı istifadə edilən üsullar, müharibənin ziddiyyətli təbiətini də ortaya qoyur. Bir tərəfdən yüksək texnologiyalı pilotsuz silahlar; digər tərəfdən balıq toru, qayçı və hətta İkinci Dünya müharibəsindən qalma pulemyotlar…

    Xersonda bir bələdiyyə rəsmisi, əhalidən mümkün fiber optik bağlantılı dronları kəsmək üçün yanlarında qayçı gəzdirmələrini istədi. Bu nümunə belə, müharibədə bəzən ən sadə vasitələrin ən təsirli həll ola biləcəyini sübut edir.

    İLK RUSLAR KƏŞF ETMİŞDİ

    Maraqlısı odur ki, balıq toru fikrini ilk olaraq 2023-cü ilin ortalarında Rusiya qoşunları istifadə etmişdi. O dövrdə kiçik hücum pilotsuz uçuş aparatlarını dayandırmaq üçün məhdud ərazilərdə istifadə edilsə də, Ukrayna bu metodu geniş şəkildə mənimsəyərək cəbhə taktikasının bir hissəsinə çevirdi.

    Xüsusilə Donetsk, Sumı və Kostiantynivka kimi toqquşmaların intensivləşdiyi bölgələrdə “tor dəhlizləri” artıq standart hal almağa başlayıb. Mühəndislər yüzlərlə kilometr yol şəbəkəsi üçün hazırlıq görür, yardım təşkilatları isə yeni tor tədarükləri üçün səfərbər olublar.

    TEXNOLOGİYAYA QARŞI İSTEDAD

    Müharibə təkcə raketlərin və tankların deyil; həm də yaradıcılığın, mühəndisliyin və həmrəyliyin savaşıdır. Analitiklərin fikrincə, Ukraynanın balıq toru strategiyası, aşağı xərcli, lakin təsirli həlləri ilə müharibə tarixinə düşməyə namizəddir.

    24 saat

  • Qatil dronlar, robot taksilər: Yeni ağır texno sərmayələr, gerçək!

    Qatil dronlar, robot taksilər: Yeni ağır texno sərmayələr, gerçək!

    ABŞ Milyarderləri: Gələcəyin Texnologiyaları və İnqilabi Yatırımlar

    Dünya qarışıq bir dövrdən keçərkən, ABŞ-ın bir sıra nüfuzlu iş adamları bu vəziyyəti yeni bir sivilizasiyanın qapılarını açmaq üçün nadir bir fürsət olaraq dəyərləndirirlər. Elon Maskdan Sem Altmana, Daniel Ekdən Mark Zukerberqə qədər bir çox sahibkar, robotaksilər, pilotsuz hava nəqliyyatı vasitələri və Günəş enerjisi ilə işləyən nəhəng sistemlər kimi “elmi fantastika” səviyyəsindəki layihələrə böyük vəsait ayırırlar. Bu təşəbbüslər müdafiə, nəqliyyat və enerji kimi əsas sahələri transformasiya etmək qüdrətinə malikdir.

    Sərt Texnologiyanın Yüksəlişi

    Süni intellekt sahəsindəki irəliləyişlər, “sərt texnologiya” olaraq adlandırılan fiziki məhsullara olan marağı yenidən alovlandırıb. Bir vaxtlar proqram təminatının dominant olduğu dövrdən sonra, donanım həlləri indi yenidən sahibkarların və investorların gündəmindədir. Bu yeni cərəyan köklü sənaye sahələrini inqilabi şəkildə dəyişdirmə potensialı daşıyır.

    Müdafiədə Yeni Era

    Spotify-ın qurucusu Daniel Ek, Almaniyanın müdafiə sahəsində fəaliyyət göstərən Helsing şirkətinə 600 milyon avro dəyərində mühüm bir maliyyə yatırımı edib. Bu müəssisə süni intellektlə gücləndirilmiş hərbi dronlar inkişaf etdirir. Ek, yeni müharibə meydanını artıq süni intellekt, kütləvi istehsal və avtonomluğun müəyyən etdiyini bildirib. Digər diqqətəlayiq bir inkişaf Meta CEO-su Mark Zukerberq ilə Anduril-in qurucusu Palmer Lakkeyin Pentaqon üçün birgə layihə həyata keçirməsidir. Onlar dayanıqlı döyüş eynəkləri yaratmaq üçün əməkdaşlıq edirlər. Xüsusilə süni intellekt və avtonom sistemlərin inteqrasiyası ilə təchiz olunmuş “qatil dronlar” texnologiyası son illərdə sürətli tərəqqi göstərib.

    Robotaksi və Dayson Sferası Vizyonları

    Elon Mask isə Tesla-nın tezliklə Austin şəhərində robotaksi sınaqlarına başlayacağını bəyan edib. Bu, şirkətin avtomobil sənayesindən robototexnika sahəsinə keçidində önəmli bir mərhələ olaraq qiymətləndirilir. OpenAI CEO-su Sem Altman isə tamamilə fərqli bir məqsədə yönəlir. Altman, qardaşının podkastında Günəşin bütün enerjisini toplayacaq bir “Dyson Sferası” qurmaq arzusunu ifadə edib. “OpenAI indi daha çox resursa malikdir. Bu səbəbdən daha böyük layihələr həyata keçirə bilərik” deyən Altman, qısa müddətdə istehlakçı üçün süni intellektə əsaslanan bir cihaz hazırlamağa diqqət yetirdiklərini vurğulayıb.

    Yatırımçılar Donanıma Geri Dönür

    Məqaləyə görə, əvvəllər fiziki avadanlıq sahəsinə qoyulan vəsaitlər proqram təminatına nisbətən daha riskli hesab olunurdu. Lakin bu fikir indi dəyişir. Məsələn, sahibkar Hannan Happinin süni intellekt məlumat mərkəzləri üçün elektrik enerjisi hasil edən Günəş paneli şirkəti Exowatt, bu günə qədər 90 milyon dollar cəlb edib. Happi, “İnvestorlar artıq donanımdan çəkinmirlər. Hər bir maliyyələşmə mərhələsi yüksək tələbatla qarşılandı” deyə bildirir.

    Texno-Optimist Dalğası

    Bu texnoloji dirçəliş təkcə innovasiya ilə məhdudlaşmır; eyni zamanda geosiyasi bir tərəfi də var. Vençur kapital firması Andreessen Horowitz-in “American Dynamism” adlı təşəbbüsü, ölkənin maraqlarına uyğun gələn sahələrə (müdafiə, aviasiya, istehsalat və s.) investisiyalar yönəltməyi hədəfləyir. Yazıda həmçinin Marc Andreessenin 2023-cü il tarixli “Texno-Optimist Manifestosu”na da istinad edilir. Andreessen, “Texnologiya, insan potensialının gerçəkləşməsidir” deyərək bədbinliyə qarşı çıxır.

    24 saat