Türkiyə Qadın Voleybol Millisinin Tarixi Uğuru
FIVB Qadınlar Dünya Voleybol Çempionatının ¼ final mərhələsində Türkiyə Qadın Voleybol Millisi ABŞ komandası ilə qarşılaşıb. Taylandın paytaxtı Banqkok şəhərindəki Huamark İdman Kompleksində baş tutan görüşdə “Filenin Sultanları” adlandırılan komandamız 3-1 hesabı ilə qələbə qazanaraq tarixində ilk dəfə Dünya Çempionatının yarımfinalına yüksəlib.
Yarımfinalda Rəqib Yaponiya
Türkiyə millisi yarımfinalda Ferhat Akbaşın baş məşqçi olduğu Yaponiya komandası ilə qarşılaşacaq. Oyun 6 sentyabr şənbə günü yerli vaxtla saat 11:30-da başlayacaq. Türkiyə və Yaponiya son olaraq FIVB Millətlər Liqasının (VNL) ¼ final matçında üz-üzə gəlmişdi. Həmin görüşdə rəqibinə 3-2 hesabı ilə məğlub olan “Filenin Sultanları” turnirlə vidalaşmışdı. Milli komanda bu dəfə Dünya Voleybol Çempionatının ¼ finalında Yaponiya üzərində qələbə qazanaraq həm revanşı almaq, həm də adını finala yazdırmaq üçün mübarizə aparacaq.
Ebrar və Varga Duetindən 46 Xal
İkinci set istisna olmaqla, ABŞ-a demək olar ki, nəfəs almağa imkan verməyən “Filenin Sultanları”, sadə səhvlər xaricində, başdan sona nəzarəti əlində saxladığı matçı 25-14, 22-25, 25-14 və 25-23-lük setlərlə qazanıb. Milli komandada Ebrar Karakurt 25, Melissa Vargas isə 21 xalla fərqlənib. Eda Erdem 7, Zehra Güneş isə 5 blok xalı ilə müdafiədə ən təsirli oyunçular olub.
ABŞ-ın qazandığı ikinci set, Milli Komandanın Dünya Çempionatında verdiyi ilk set olub. “Filenin Sultanları” E qrupunda qarşılaşdığı İspaniya, Bolqarıstan və Kanada komandalarını 3-0-lıq hesablarla məğlub edib. Sloveniyanı da eyni hesabla yenen Türkiyə, set vermədən ¼ finala yüksəlmişdi.
Ən Yaxşı Nəticə Altıncılıq Olub
ABŞ-ı məğlub edərək tarixi bir qələbəyə imza atan “Filenin Sultanları”, Dünya Çempionatında ilk dəfə yarımfinala yüksəlib. Milli Komandanın Dünya Çempionatındakı ən yaxşı nəticəsi 2010-cu ildə qazandığı altıncılıq olub.
“Filenin Sultanları”, çempionatı 2006-cı ildə 10-cu, 2014-cü ildə 9-cu, 2018-ci ildə 10-cu, 2022-ci ildə isə 8-ci olaraq tamamlamışdı.