Tag: #DuyğusalAnlar

  • Poqba cəzası bitdi: Müqaviləni göz yaşı içində imzalaya bilmədi

    Poqba cəzası bitdi: Müqaviləni göz yaşı içində imzalaya bilmədi

    Pol Poqba “Monako”ya Transfer Oldu: Dopinq Cəzasından Sonra Yeni Başlanğıc

    Fransız futbolçu Pol Poqba, 1,5 illik dopinq cəzasını başa vuraraq yenidən yaşıl meydanlara qayıdıb. 32 yaşlı yarımmüdafiəçi “Monako” klubu ilə iki illik müqavilə imzalayıb. Klubdan verilən rəsmi məlumata görə, Pol Poqba ilə 30 iyun 2027-ci il tarixinə qədər qüvvədə olacaq anlaşma imzalanıb. Poqba “Le Havr”, “Mançester Yunayted” və “Yuventus” kimi böyük klubların şərəfini qoruduqdan sonra karyerasını “Monako”da davam etdirəcək.

    Dopinq Sanksiyası və Geri Dönüş

    Xatırladaq ki, fransalı futbolçu dopinq istifadə etdiyi üçün İtaliya Dopinqlə Mübarizə Təşkilatı tərəfindən dörd il müddətinə meydanlardan uzaqlaşdırılmışdı. Lakin o, qərara etiraz edərək İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmiş və cəzası 1,5 ilə endirilmişdi. Pol Poqba “Yuventus” forması ilə sonuncu dəfə 2023-cü ilin sentyabrında “Empoli”yə qarşı keçirilən oyunda meydana çıxmışdı. “Yuventus” klubu fransız orta sahə oyunçusu ilə müqaviləyə 2024-cü ilin noyabrında xitam vermişdi.

    Emosional İmza Mərasimi

    Poqbanın “Monako” ilə müqavilə imzalayarkən olduqca duyğusal anlar yaşadığı müşahidə edilib. Fransız futbolçu imza atarkən göz yaşlarını saxlaya bilməyib.

    24 saat

  • Marko Quduriç duyğularına yenik düşdü

    Marko Quduriç duyğularına yenik düşdü

    Fenerbahçe Beko Çempion Oldu: Duyğusal Vidalaşma Anları

    Türkiyə Sığorta Basketbol Super Liqasının pley-off final seriyasının beşinci oyununda Fenerbahçe Beko “Ülker İdman və Tədbirlər Salonu”nda ev sahibliyi etdiyi “Beşiktaş Fibabanka”nı 84-68 hesabı ilə məğlub edərək çempionluğa yüksəldi.

    Marko Quduriçin Duyğusal Vidalaşması

    Qarşılaşmanın son hissəsində “Fənərbaxça” ilə yollarını ayıracaq olan ulduz basketbolçu Marko Quduric duyğusal anlar yaşadı. “Fənərbaxça”nın baş məşqçisi Sarunas Yasikeviçius oyunun son saniyələrinə girilərkən Quduriçi meydançadan çıxartdı. Bütün zalın ayağa qalxaraq alqışladığı və alqış sədaları altında izlədiyi 30 yaşlı basketbolçu göz yaşlarına hakim ola bilmədi.

    “Bu, Mənim Son Oyunum idi” – Quduriç Açıqladı

    Quduriç matçdan sonra verdiyi açıqlamada bunları qeyd etdi:

    “Nə deyəcəyimi bilmirəm. Hazırda çox duyğusalam. Xoşbəxtəm, qürurluyam. Tarix yazdıq. Bu, mənim son oyunum idi. Yəqin ki, hamı bunu bilir… Çox duyğusal bir andayam. Çempionluq qazanmağımıza baxmayaraq, bəlkə də mənim üçün ən çətin oyunlardan biri idi. Buradakı hər kəsi çox sevirəm. Həyat davam edir. Bəli, gedirəm, lakin buradakı gözəl insanlarla yaxşı vidalaşdığım üçün çox xoşbəxtəm. “Fənərbaxça” gördüyüm ən yaxşı azarkeş kütləsinə malikdir… Yəqin ki, qarşımda hələ 4-5 il var. Həyat nə gətirəcək, bilinməz. Bəlkə yenidən görüşərik.”

    24 saat