) istifadə etməmək tövsiyə olunur. #ElClasico - admin

Tag: #ElClasico

  • Arda Güler oyuna girərək komandasına qələbə qazandırdı

    Arda Güler oyuna girərək komandasına qələbə qazandırdı

    Real Madrid səfərdə qələbə qazandı

    İspaniya La Liqasının 9-cu turunda Real Madrid səfərdə Getafenin qonağı oldu. “Estadio Coliseum”da baş tutan mübarizədə qonaq komanda Real Madrid 1-0 hesabı ilə qalib gəldi.

    Qolun asistini Arda Güler etdi

    Real Madridə qələbə gətirən yeganə qolu 80-ci dəqiqədə Kilian Mbappe vurdu. Mbappenin vurduğu qolun asistini isə oyuna 65-ci dəqiqədə daxil olan Türkiyənin milli ulduzu Arda Güler etdi.

    Getafedə 77-ci dəqiqədə Nyom və 84-cü dəqiqədə Alehandro Sankris Vinisius Juniora qarşı etdikləri kobudluqlara görə qırmızı vərəqə alaraq meydandan qovuldular.

    Bu nəticə ilə lider Real Madrid liqada xalını 24-ə yüksəltdi. Getafe isə 11 xalla 12-ci pillədə qərarlaşdı.

    Növbəti həftə El Klasiko

    Liqada növbəti həftə Real Madrid öz meydanında Barselonanı qəbul edəcək. Getafe isə “Bilbao”nun qonağı olacaq.

    24 saat

  • Levandovskinin sol budunda əzələ dartılması baş verib

    Levandovskinin sol budunda əzələ dartılması baş verib

    Robert Lewandowski-nin zədəsi “Barselona” üçün ciddi itki

    “Barselona”nın heyətində çıxış edən polşalı ulduz Robert Lewandowski aldığı zədə səbəbindən müəyyən müddət yaşıl meydanlardan kənarda qalacaq.

    Klub rəsmiləri Lewandowski-nin vəziyyəti ilə bağlı açıqlama verdi

    Klubun yaydığı rəsmi məlumata əsasən, Lewandowski-nin sol ayağının bud əzələsində yırtıq aşkarlanıb. Zədənin ciddiliyi nəzərə alınaraq, Robert Lewandowski-nin nə zaman komandaya qayıdacağı dəqiq bilinmir. Onun sağalma müddəti zədənin gedişatından asılı olacaq.

    El Klasiko-da iştirakı sual altında

    Təcrübəli futbolçunun müalicəsi davam edərkən, onun oktyabrın 26-da “Real Madrid” və “Barselona” arasında baş tutacaq El Klasiko oyununda iştirak edə bilməyəcəyi gözlənilir. Bu xəbər “Barselona” azarkeşlərini xeyli məyus edib.

    Robert Lewandowski-nin bu mövsümdəki performansı

    37 yaşlı hücumçu bu mövsüm komandasının heyətində 9 oyuna çıxıb və 4 qol vurmağa nail olub. Onun zədəsi “Barselona”nın hücum xəttində müəyyən problemlər yarada bilər.

    24 saat