) istifadə etməmək tövsiyə olunur. #ElyeWahi - admin

Tag: #ElyeWahi

  • Frankfurtun qaçırdığı qol müzakirəyə səbəb oldu

    Frankfurtun qaçırdığı qol müzakirəyə səbəb oldu

    Avropa arenasında mübarizə aparacaq Frankfurt heyəti Bundesliqada səfərdə xal itirdi

    UEFA Çempionlar Liqasında sentyabrın 18-də öz meydanında “Qalatasaray”ı qəbul edəcək “Ayntraxt Frankfurt” komandası, Bundesliqanın növbəti turunda “Hoffenhaym”ın qonağı olub.

    Liqada ilk həftədə “Verder Bremen”i 4-1 hesabı ilə məğlub edən Frankfurt, ikinci matçında “Hoffenhaym” qarşısında birinci hissəni 2-0 öndə başa vurub. Lakin komandanın gənc hücumçusu Elye Wahinin qaçırdığı qol epizodu sosial mediada geniş müzakirələrə səbəb olub.

    ## Asan fürsəti əldən verdi

    Oyunun 36-cı dəqiqəsində cərimə meydançasının içində, qapı xəttinin önündə ötürmə gözləyən Elye Wahi, komanda yoldaşının ötürməsini dəyərləndirə bilməyib.

    Qapı önündə, boş qapı qarşısında ötürməni qola çevirmək şansı əldə edən Elye Wahi topu qapıya göndərməkdə gecikib və rəqib müdafiəçi topu uzaqlaşdırıb.

    Frankfurt komandasının qaçırdığı bu vacib qol şansı Almaniyada da müzakirələrə səbəb olub. Sosial mediada bir çox istifadəçi 22 yaşlı Elye Wahinin qaçırdığı epizodla bağlı ironik şərhlər yazıb.

    24 saat