Tag: #ƏrəbistanLiqası

  • Ronaldo 40 yaşında möhtəşəm qol vurdu

    Ronaldo 40 yaşında möhtəşəm qol vurdu

    Al-Nassr Al-Fatehi darmadağın etdi

    Səudiyyə Ərəbistanı Pro Liqası

    Al-Nassr Al-Fateh qarşısında qələbə qazandı

    Səudiyyə Ərəbistanı Pro Liqası-nın 5-ci turunda Al-Nassr öz meydanında Al-Fatehi qəbul edib. Al-Awwal Stadionunda baş tutan qarşılaşmada Al-Nassr rəqibinə 5-1 hesabı ilə qalib gəlib.

    Ronaldo möhtəşəm qol ilə yadda qaldı

    Oyuna Ronaldo-nun vurduğu möhtəşəm qol damğa vurdu. Portuqaliyalı ulduz 60-cı dəqiqədə cərimə meydançasından inanılmaz zərbə ilə komandasını 2-1 hesabıyla önə çıxardı. 40 yaşlı ulduzun bu qolu tribunaları ayağa qaldırdı, sosial mediada da böyük marağa səbəb oldu. Ronaldo bu qolla karyerasında 949-cu qolunu vurmuş oldu.

    Al-Nassr liderliyini davam etdirir

    Corci Jesusun çalışdırdığı Al-Nassr bu nəticə ilə liqada 5 oyunda 5 qələbə qazanaraq 15 xalla liderliyini qoruyub. Al Fateh isə 1 xalla son sıralarda qalıb.

    24 saat