Trabzonspor hazırlıq oyununda qələbə qazandı
Trabzonspor yeni mövsümə hazırlıq çərçivəsində Türkiyənin Trendyol 1-ci Liqa təmsilçisi Ümraniyespor ilə qarşılaşıb. Oyun Trabzonsporun 3 – 1 hesablı qələbəsi ilə başa çatıb.
Oyunun heyətləri
Trabzonspor matça Erolcan Çolak, Anthony Nwakaeme, Muhammed Cham, Ozan Tufan, Danilo Sikan, Wagner Pina, Folcarelli, Serdar Saatçı, Salih Malkoçoğlu, Arif Boşluk, Boran Başkan ilk onbirliyi ilə başlayıb.
Ümraniyespor isə Cihan Topaloğlu, Burak Öksüz, Mustafa Eser, Andrej Dokanovic, Oğuz Yıldırım, Jurgen Bardhi, Serkan Göksu, Atalay Babacan, Emre Kaplan, Cebio Sokou, Tomislav Glumac onbirliyi ilə meydana çıxıb.
Qollar
Erzurumun Palandöken Dağı ətəklərindəki Yüksək İrtifa Kamp Mərkəzində keçirilən matçın 12-ci dəqiqəsində Salih Malkoçoğlu baş zərbəsi ilə hesabı açıb. Beləliklə, Trabzonspor 1 – 0 öne keçib.
Matçın ilk yarısı Trabzonsporun üstünlüyü ilə başa çatıb. İkinci hissəyə sürətli başlayan Ümraniyespor 55-ci dəqiqədə Emre Kaplanın qolu ilə hesabı bərabərləşdirib.
Trabzonspor 76-cı dəqiqədə Nwakaemenin qolu ilə yenidən önə keçib. Bundan bir dəqiqə sonra, 77-ci dəqiqədə Ozan Tufanın vurduğu qol ilə hesab arasındakı fərq 2-yə yüksəlib.