) istifadə etməmək tövsiyə olunur. #Fas - admin

Tag: #Fas

  • Qalatasarayın sabiq ulduzu yeni klubla anlaşıb

    Qalatasarayın sabiq ulduzu yeni klubla anlaşıb

    Hakim Ziyech karyerasına doğma vətənində davam edəcək

    Hakim Ziyech yeni klubunda

    Karyerasında “Ayaks” və “Çelsi” kimi klubların formasını geyinmiş, “Qalatasaray”ın sabiq ulduzu Hakim Ziyech 3.5 ay sonra yeni klubu ilə anlaşdı.

    Son olaraq Qətər Liqası təmsilçilərindən olan “Əl-Duhail”də çıxış edən faslı ulduz, ölkəsinə qayıdıb. Africafoot-un yaydığı məlumata əsasən, 32 yaşlı futbolçu “Vidad Kazablanka” ilə razılığa gəlib. Hakim Ziyech ilə “Əl-Duhail” arasındakı müqavilə 2025-ci ilin iyul ayının əvvəlində başa çatmışdı.

    Müqavilə şərtləri və Hakim Ziyech-in illik qazancı

    Əldə olunmuş razılığa əsasən, Hakim Ziyech illik 2 milyon avro məbləğində xalis maaş alacaq. Bonuslarla birlikdə bu rəqəm 3.5 milyon avroya çata bilər.

    “Qalatasaray”dakı çıxışı

    “Qalatasaray”da 1.5 il forma geyinən Hakim Ziyech, 34 rəsmi matçda 8 qol və 5 assistlə yadda qalıb.

    Son klubundakı statistika

    Son klubu “Əl-Duhail”in heyətində 13 oyuna çıxan Hakim Ziyech, ümumilikdə 800 dəqiqə meydanda olub. Faslı oyunçu bu matçlarda 1 qol vurmaqla yanaşı, 1 də assist edib. Fas milli komandasının formasını 64 dəfə geyinən Hakim Ziyech, rəqib qapılarından 25 top keçirib.

    24 saat