Granit Xhaka karyerasını İngiltərədə davam etdirəcək
Transfer pəncərəsi açıldığı gündən bəri Fenerbahçe və Galatasaray ilə adı hallanan Granit Xhaka, karyerasını davam etdirmək üçün qərarını verdi.
Xhaka Premyer Liqaya keçir
Bayer Leverkusen ilə yollarını ayıracaq olan isveçrəli ulduz, seçimi Premyer Liqadan yana etdi.
Transfer dəyəri 20 milyon avro
Fabrizio Romanonun xəbərinə görə, Premyer Liqaya bu mövsüm yüksələn Sunderland, Granit Xhakanın transferi üçün həm oyunçu, həm də klubu Bayer Leverkusen ilə prinsipial razılığa gəlib. Xəbərdə Sunderlandin 20 milyon avro təzminat ödəyəcəyi qeyd olunur.
32 yaşlı oyunçu, Bayer Leverkusen formasıyla 99 matçda 6 qol və 9 asistə imza atıb.