Tag: Hakan Sabancı

  • Hande Erçel və Hakan Sabancı Yunanıstanda görüntüləndi

    Hande Erçel və Hakan Sabancı Yunanıstanda görüntüləndi

    Məhkəmə prosesində meneceri Ayşə Barıma dəstək verən Hande Erçel, Barım haqqında verilən qərardan sonra göz yaşlarını saxlaya bilməmişdi. Lakin aktrisanın bu kədəri uzun sürmədi. O, sevgilisi Hakan Sabancı ilə Bodrumun Yalıkavak Marinada görüntülənərkən kefinin yerində olduğu diqqət çəkdi.

    Lüks Səyahətə Çıxdılar

    Cütlük vaxt itirmədən Yunan adalarına yola düşüb. Məlumatlara görə, onlar lüks yaxtalarına minmək üçün bota əyləşərkən kameralara tuş gəliblər. Sevgililərin adaların gözəlliklərindən zövq alaraq bir müddət orada istirahət edəcəyi gözlənilir.

    Münasibətdəki Gərginlik Aradan Qaldırıldı

    Bir müddət əvvəl münasibətlərində gərginlik yaşandığı iddia edilən cütlük, qısa müddətdə aralarındakı buzları əridərək barışmışdı. Bu görüntülər onların xoşbəxt münasibətlərinin davam etdiyini göstərir.

    24 saat

  • Hande Erçel: Radikal Qərar

    Hande Erçel: Radikal Qərar

    Münasibətlərdə Yeni Dönəm: Karyera Ön Planda

    Hande ErçelHakan Sabancı 2023-cü ilin yayından bəri münasibətdədirlər. Aralarında zaman-zaman ayrılıq iddiaları yayıldıqda da, cütlük hər dəfə birgə pozaları və ya səyahətləri ilə bu söz-söhbətləri təkzib edib. Lakin son dövrlərdə Hande Erçelin sənət həyatı bu eşqin önünə keçməyə başlayıb.

    Mübahisəli Səhnələr və Ailənin Reaksiyası

    Barış Arduçla baş rolları paylaşdığı “Rüzgara Bırak” filmindən sonra ikili yenidən “Aşkı Hatırla” adlı serial üçün kamera qarşısına keçib. Serial yayımlanar-yayımlanmaz, sosial mediada ən çox müzakirə olunan səhnələr Erçel və Arduçun öpüşmə və sevişmə anları olub.

    İddialara görə, bu səhnələr Sabancı Ailəsini narahat edib və Hakan Sabancıya xəbərdarlıq edilib. Arzu Sabancının həmin səhnələrin sosial mediada geniş yayılmasından və gündəmdən düşməməsindən narahat olduğu irəli sürülür.

    Görünüşdəki Dəyişiklik Diqqət Çəkdi

    Bu söz-söhbətlər davam edərkən, aktrisa görünüşündə diqqət çəkən bir dəyişikliyə gedib.

    Bir müddət tünd tonlarda istifadə etdiyi saçlarının ön hissəsinə balyaj etdirən Erçel, yeni görünüşünü İnstaqramda izləyiciləri ilə paylaşıb.

    24 saat