) istifadə etməmək tövsiyə olunur. #HamamTövsiyəsi - admin

Tag: #HamamTövsiyəsi

  • Qalatasarayda İkardinin çəkisi müzakirə olundu

    Qalatasarayda İkardinin çəkisi müzakirə olundu

    Galatasarayda Mauro İkardi müzakirəsi: Artıq çəki tənqidləri

    Divan toplantısında İkardinin forması gündəmə gəldi

    Galatasaray İdman Klubunun ənənəvi aylıq divan toplantısı baş tutub. Toplantıda klub üzvləri gündəmdəki məsələləri müzakirə ediblər. Müzakirələr zamanı divan üzvü Turcan Bolayırın Mauro İkardi ilə bağlı səsləndirdiyi fikirlər diqqət çəkib.

    “Hamama salmaq lazımdır” – Sərt tənqidlər

    Turcan Bolayır, İkardinin fiziki durumu ilə bağlı narahatlığını ifadə edərək, “İkardiyə gəlincə, şəxsi həyatı məni maraqlandırmır, amma meydana çıxdığı zaman çəkisi mənim üçün önəmlidir. Artıq çəki ilə futbol oynamaq olmaz. Galatasaray məktəbinin yanında hamamımız var. Onu 2-3 gün oraya salmaq lazımdır” deyib. Bolayır, İkardinin “məndən nifrət edənlər var” sözlərinə də münasibət bildirərək, “Ondan nifrət edən yoxdur. Bizim ondan nifrət etməyə haqqımız yoxdur. Baş məşqçi onu matçın bitməsinə 8 dəqiqə qalmış oyuna daxil edir, rəqib komanda artıq gücdən düşüb və o, boş qalaya qol vurur. Bu, nədir ki? İkardi qollara beləmi başladı? Bir tərləsin, bir səy göstərsin. Bir neçə dəfə yerə yıxılsın, fırtına kimi qol vursun, alnından öpək səni” ifadələrini işlədib.

    24 saat