) istifadə etməmək tövsiyə olunur. işgəncə - admin

Tag: işgəncə

  • İsrailin Fələstinli Məhbuslara İşgəncə və Zülmü: Bilinənlər

    İsrailin Fələstinli Məhbuslara İşgəncə və Zülmü: Bilinənlər

    Fələstinli Məhbuslara Qarşı İddia Olunan İsrail İşgəncələri

    23 oktyabr 2025-ci il. Son günlərdə azadlığa buraxılan Fələstinli məhbusların verdiyi şok doğuran ifadələr və İsrail tərəfindən təhvil verilən cəsədlərin ağrılı vəziyyəti İsrail həbsxanalarında baş verən iddia olunan ağır sui-istifadə hallarına dair beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurur. Bu hadisələr məhbusların hüquqlarının kobud şəkildə pozulması ilə bağlı sualları yenidən gündəmə gətirir. Beynəlxalq insan haqları təşkilatları və Fələstin rəsmiləri bu cür iddiaların hərtərəfli və müstəqil şəkildə araşdırılmasını tələb edirlər.

    Şahid İfadələri və Bədən Qalıqlarının Vəziyyəti

    Azadlığa qovuşan Fələstinli məhbuslar öz ifadələrində İsrail həbsxanalarında yaşadıqları dəhşətli təcrübələrdən danışıblar. Onlar fiziki işgəncələr, psixoloji təzyiqlər, alçaldıcı rəftarlar və beynəlxalq humanitar hüququn əsas prinsiplərini pozan digər sui-istifadə formalarına məruz qaldıqlarını iddia edirlər. Məhbusların dediklərinə görə, bu hallara mütəmadi olaraq rast gəlinir. Həmçinin, İsrailin Fələstin tərəfinə təhvil verdiyi məhbus cəsədlərinin üzərində aşkar olunan kəskin izlər və qançırlar da işgəncə iddialarını gücləndirir. Bu qorxunc mənzərələr beynəlxalq qurumları İsrailə məhbuslara qarşı münasibətlə bağlı Cenevrə Konvensiyaları və digər beynəlxalq müqavilələrə tam riayət etməyə çağırmağa vadar edib. İnsan hüquqları müdafiəçiləri bu iddiaların dərhal araşdırılmasını tələb edirlər.

    Beynəlxalq İctimaiyyətin Tələbləri

    Bu ağır iddialar fonunda, Birləşmiş Millətlər Təşkilatının insan haqları mütəxəssisləri və digər nüfuzlu beynəlxalq təşkilatlar İsraili dərhal və şəffaf bir şəkildə müstəqil istintaq aparmağa çağırmışlar. Onlar vurğulayırlar ki, məhbusların sağlamlığı, təhlükəsizliyi və ləyaqəti hər zaman təmin edilməli, onlara beynəlxalq hüquqa tam uyğun şəkildə rəftar olunmalıdır. Xüsusilə də, İsrail işgəncələri ilə bağlı irəli sürülən iddialar hərtərəfli araşdırılmalı, cinayətləri törədənlər isə beynəlxalq qanunlar çərçivəsində məsuliyyətə cəlb edilməlidir. Bu cür hadisələr onsuz da həssas olan bölgədəki vəziyyəti daha da gərginləşdirə bilər və etibarsızlığı artıra bilər.

    24 saat

  • Azad edilən Fələstinli Qəzzada evinin xarabalıqlarına qayıtdı

    Azad edilən Fələstinli Qəzzada evinin xarabalıqlarına qayıtdı

    Yousef Salemin Həbsxanadan Evə Qədər Ağır Səyahəti

    İki il İsrail həbsxanasında keçirdikdən sonra, Yousef Salem nəhayət doğma Qəzzadakı evinə qayıtmaq üçün yola düşdü. Keçmiş məhbus, girovluq dövründə işgəncəyə məruz qaldığını iddia edir. Evinə çatanda isə onu İsrailin sonuncu hücumlarının törətdiyi dağıntılarla dolu bir mənzərə qarşıladı. Bu, onun acı dolu hekayəsidir.

    Həbsxanadan Sonraki Yeni Reallıq

    Yousef Salemin azadlığa qovuşması illərlə davam edən çətin bir dövrün sonu idi. Lakin əsl sınaq hələ qabaqda idi. O, yaşadığı yerə qayıtdığında, bir zamanlar tanıdığı küçələrin, binaların və həyatın tamamilə dəyişdiyini gördü. Müharibənin acımasız izləri hər yerdə idi; dağılmış evlər, xarabalıqlara çevrilmiş məhəllələr və ümidsizliklə dolu baxışlar. Bu reallıq, həbsxana divarları arxasında yaşadığı əzablardan heç də az dəhşətli deyildi. Bir çox fələstinlinin taleyi onunla oxşar idi.

    Qəzzanın Dağılmış Görüntüsü

    Qəzza, illər boyu davam edən münaqişələrin ağırlığını çiynində daşıyan bir bölgədir. Yousef Salemin vəziyyəti, buradakı minlərlə insanın gündəlik mübarizəsinin yalnız bir təzahürüdür. Evə çatanda gördüyü mənzərələr, ona azadlığın bədəlini xatırlatdı. Yaşadığı məhəllənin tamamilə yerlə-yeksan olduğunu görən Salem, yalnız fiziki deyil, həm də mənəvi cəhətdən böyük bir zərbə aldı. Onun hekayəsi, müharibənin insanlara vurduğu dərin yaraların və gətirdiyi misilsiz dağıntıların bariz nümunəsidir.

    24 saat

  • Hacı Vəliyev Ülviyyə Əliyə müsahibə verib: “Qələbənin memarları şəhidlər, qazilər, veteranlar və xalqdır, amma hökumət onların haqqını tanımır”

    Hacı Vəliyev Ülviyyə Əliyə müsahibə verib: “Qələbənin memarları şəhidlər, qazilər, veteranlar və xalqdır, amma hökumət onların haqqını tanımır”

    Avqustun 18-də həbs müddəti daha 20 gün uzadılan “Gənc Qazilər” İctimai Birliyinin sədri Hacı Vəliyev Bakı İstintaq Təcridxanasında “Meydan TV işi” üzrə həbs edilən jurnalist Ülviyyə Əliyə danışıb. O, həbsinin səbəblərindən, gördüyü işgəncələrdən və təşkilatın fəaliyyətinin dayandırılmasından bəhs edib.

    “Abzas Media” müsahibəni təqdim edir.

    Hacı Vəliyev bildirib ki, həbsinə səbəb qazilər və veteranlarla bağlı sosial şəbəkələrdə və mediada səsləndirdiyi tənqidlər olub:

    “Məni ictimai fəaliyyətimə görə, hökumətin qazilərə ögey münasibətini ifşa etdiyimə görə həbs ediblər. Qondarma ittihamlarla saxlanmışam. Buna etiraz olaraq aclıq elan etmişdim. Özümü yaxşı hiss etmirdim. 26 iyunda – Silahlı Qüvvələr Günündə “kars”a (red.: cərimə kamerası) salındım. Dörd gün ərzində karsın starşinası kiçik gizir Tural adlı şəxs mənə qarşı zorakılıq etdi. Orada olduğum hər gün mənəvi əzab, işgəncə verdilər. Başım yaralandı, şişlər hələ də qalır”.

    Vəliyev deyir ki, həbsi gözlənilən idi:

    “Haqq-ədaləti tələb etdiyim üçün bilirdim ki, bir gün saxta ittihamlarla məni həbs edəcəklər”.

    Vəliyev müsahibədə xatırladır ki, 10 il ön cəbhədə xidmət edib:

    “Müharibədən sonra islahatlar olacağını düşünürdük, amma tam əksi oldu. Qazilərə və veteranlara haqq etdikləri qayğı göstərilmədi. Hökumət üçün heç bir dəyər yoxdur. Şəhid ailəsi, qazi, veteran və yaxud sıravi vətəndaş fərqi yoxdur, kim tənqid edirsə, həbs olunur”.

    Həbsini təsvir edən Hacı Vəliyev deyir ki, martın 31-də dərman almaq üçün evindən çıxarkən BŞBPİ-nin polisləri onu oğurlayıb:

    “Cinayət Məcəlləsinin 221.3 və 186.1-ci maddələri ilə iş açıldı. Halbuki saxta ittihamlardır”.

    Müharibədən qalan ağır yaraların olduğunu və bir gözünü itirdiyini deyən Hacı Vəliyevin sözlərinə görə, digər gözü də cəmi 3 faiz görür. O bildirib ki, həbsdə olduğu müddətdə ona heç bir tibbi yardım göstərilməyib, vəziyyəti isə daha da ağırlaşıb:

    “2018-ci ildə xidmətdə olarkən mədə-bağırsağımda xroniki xəstəlik aşkar edilib. İldə 3 dəfə müayinə və müalicə alırdım, yaralı gözümlə bağlı Göz İnstitutunda mütəmadi müayinə olunurdum. Olmayan gözümdəm mütəmadi çirk gəldiyindən daimi həkimlərin köməyindən istifadə edirdim. Həbs ediləndən heç bir müayinə və müalicədə olmamışam. Heç bir xahişim, istəyim yerinə yetirilməyib. Tibbi dəstək olunmayıb. Həbsdən sonra gözlərimdə və mədə-bağırsağımda ağrılar şiddətlənib”.

    Hacı Vəliyev həbsindən sonra “Gənc Qazilər” İB-nin fəaliyyəti dayandırmasının səbəblərindən də danışıb.

    “Birliyi 2021-ci ildə yaratmışdıq. Mən həbs ediləndən sonra vəzifəmi başqa bir şəxs icra edirdi. Amma daha sonra təşkilat üzvləri mənə xəbər vermədən İB-ni buraxmaq qərarı veriblər. Bu addımı DTX və BŞBPİ-nin təzyiqi ilə atdıqlarını eşitmişəm. Telefonlarıma cavab vermirlər. Nə baş verdiyini bütün ictimaiyyətdən gizlədirlər, qorxaqlıq edirlər. Bir daha bildirirəm ki, “Gənc Qazilər” İB siyasi təşkilat deyil. Siyasi təşkilat Azərbaycan qanunvericiliyində öz əksini tapır. Bizim fəaliyyətimiz, adından göründüyü kimi, qazilərin, veteranların müharibədən sonra cəmiyyətə adaptasiya olunması, yaralıların düzgün müayinə və müalicə edilməsi, maddi və sosial durumlarının yaxşılaşdırılması, hüquq və mənafelərinin qorunması istiqamətində dəstək olmaqdır”.

    Vəliyev qeyd edir ki, 44 günlük müharibədə 20 mindən çox döyüşçü yaralanıb, amma cəmi 3 mininə əlillik statusu verilib:

    “ƏƏSMN deyir, bundan artıq şəxsə əlillik verməyəcəyik. Hazırda 187 min veteran var, amma onların aldığı təqaüd cəmi 80 manatdır. Qələbənin memarları şəhidlər, qazilər, veteranlar və xalqdır. Amma hökumət onların haqqını tanımır”.

    ***

    Hacı Vəliyev martın 18-də küçə ticarətilə məşğul olan qazilərin polis müdaxiləsinə məruz qalması ilə bağlı videomaterial yaymışdı.

    Martın 31-də 2-ci qrup əlil Hacı Vəliyevi polis əməkdaşları saxlayıb. O, əvvəllər barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi üzrə olan cinayət işi ilə bağlı tutulub. Ancaq cinayət işinin konkret motivi açıqlanmayıb.

    Hacı Vəliyev ona qarşı irəli sürülən ittihamı qəbul etmir.

    Müstəqil jurnalist Ülviyyə Əli (Quliyeva) isə bu il mayın 6-da “Meydan TV işi” üzrə saxlanılıb.

    Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Ülviyyə Əli özünü təqsirli bilmir, jurnalist fəaliyyətinə görə həbs olunduğunu bildirir.

    Yerli hüquq müdafiəçilərinin hesabatına görə, hazırda ölkədə 400-ə yaxın siyasi məhbus var. Hökumət nümayəndələri isə bu iddiaları rədd edir, həbs olunanların konkret əməllərlə bağlı məsuliyyətə cəlb olunduqlarını bildirirlər.

     

  • Məştağa Psixatrik Xəstəxanasında Rüşvət Verməyən Xəstəyə Şiddət Göstərilib?

    Məştağa Psixatrik Xəstəxanasında Rüşvət Verməyən Xəstəyə Şiddət Göstərilib?

    Xəbər Xətti redaksiyasına daxil olmuş ciddi və təsdiqlənmiş məlumata əsasən, ölkənin psixiatrik müəssisələrində baş verən qeyri-insani və cinayət xarakterli hadisələr növbəti dəfə biabırçı şəkildə gündəmə gəlib. Bu dəfə olayın mərkəzində Bakı şəhərində yerləşən 1 saylı Məştağa Psixiatrik Xəstəxanası dayanır.

    Şiddətə tuş gələn xəstə: Elşad Əliyev

    İddialara görə, 15 ildən artıqdır ki, psixi pozuntularla mübarizə aparan Əliyev Elşad Ağabala oğlu, bu günlərdə adıçəkilən xəstəxanaya növbəti dəfə yerləşdirilib. Lakin bu dəfə müalicə prosesi müəmmalı döyülmə və bədən xəsarətləri ilə nəticələnib.

    Rüşvət tələbi – İmtinadan sonra gələn cəza

    Mənbələrin verdiyi məlumata əsasən, xəstəxananın şöbə müdiri Sevinc adlı şəxs, Elşadın valideynlərindən onun vəziyyətinin yaxşılaşdırılması və normal şəraitdə saxlanması üçün rüşvət tələb edib. Ailə bu qanunsuz tələbi rədd etdikdən sonra, Elşad müəmmalı şəkildə şiddətli döyülmə izləri ilə valideynlərinə təqdim olunub.

    Sevinc xanımın izahı isə rəsmi cavabdan daha çox alqış gözləyən yalan bəhanəyə bənzəyir: guya Elşadı digər psixi xəstələr döyüb.

    Absurd açıqlama: Bəs nəzarətçilər hara baxırdı?

    Bu iddia həm hüquqi, həm tibbi, həm də mənəvi baxımdan qəbulolunmaz və absurddur. Əgər doğrudan da digər pasiyentlər bir xəstəni döyə biliblərsə, bu halda ciddi suallar doğur:

    • Nəzarətçilər harada idi?

    • Xəstələrin təhlükəsizliyi kimə əmanət olunub?

    • Bu nə cür “müalicə” sistemidir ki, xəstələr zorakılığa məruz qalır?

    Şübhə: Ya özü döyüb, ya da şərait yaradıb

    Əldə etdiyimiz məlumatlar onu göstərir ki, xəstəxana rəhbərliyi bu hadisəni ört-basdır etməyə çalışır. Güman olunur ki, Sevinc xanım ya şəxsən özü Elşadı döyüb, ya da onun döyülməsi üçün şərait yaradıb.

    Bu, artıq təkcə rüşvət cinayəti deyil – insanlığa qarşı yönəlmiş açıq zorakılıqdır.

    Baş həkim Orxan Cəfərov hara baxır?

    orxan cəfərov

    1 saylı Məştağa Psixiatrik Xəstəxanasının Baş Həkimi Orxan Cəfərov

    Müəssisənin baş həkimi olan Orxan Cəfərov adlı şəxsin məsuliyyəti sual altındadır. Hadisədən xəbərsizdirsə – bu, onun vəzifəsini yerinə yetirmədiyini göstərir. Əgər xəbərdardırsa və susursa, bu – cinayətə şəriklik deməkdir.

    “Ailə susmur, amma sistem susdurur”

    Elşadın valideynləri hadisədən sarsıldıqlarını bildiriblər. Onların sözlərinə görə, bu, ilk belə hal deyil. Məştağa Psixiatriya Xəstəxanası illərdir medianın diqqətindən yayınan, lakin daxilində sistematik zorakılıq və korrupsiyanın hökm sürdüyü bir müəssisəyə çevrilib.

    Onlar hüquq-mühafizə orqanlarına müraciət etməyə hazır olduqlarını, lakin sistemin bu cür şikayətləri necə yoxa çıxardığını çox yaxşı bildiklərini də qeyd ediblər.

    Rüşvət ver, ya da döyül

    Azərbaycan səhiyyəsində rüşvət problemi cəmiyyətə bəllidir. Ancaq bu dəfə məsələ daha dərindir: rüşvət verilmədiyinə görə, psixi xəstəyə bədən xəsarəti yetirilib.

    Bu, sadəcə inzibati pozuntu deyil – bu, açıq-aşkar işgəncədir.

    “O biri xəstələr döyüb” yalanı

    Təsəvvür edin: bir psixi xəstə döyülür və cavab budur – “digər xəstələr döyüb.” Bu zaman haqlı olaraq aşağıdakı suallar doğur:

    • Bu nə cür müəssisədir ki, xəstələr bir-birini döyür?

    • Nəzarət sistemi haradadır?

    • Bu baş veribsə, növbəti qurban kim olacaq?


    “Xəbər Xətti” nə tələb edir?

    1. Səhiyyə Nazirliyi – Hadisə ilə bağlı təcili xidməti araşdırma başladılmalı, Sevinc xanım və baş həkim Orxan Cəfərov barəsində tədbir görülməlidir.

    2. Ombudsman və İnsan Hüquqları Komissiyası – fiziki zorakılıq və rüşvət iddialarını araşdırmalı, hüquqi mexanizmləri işə salmalıdır.

    3. Baş Prokurorluq – Fakt üzrə cinayət işi açmalı, məsul şəxslər istintaqa cəlb edilməlidir.


    Cəmiyyət bu zorakılığa səssiz qalmamalıdır

    Psixiatrik xəstəxanalar şəfa və müalicə məkanı olmalıdır, əzab və şiddət yeri yox! Əgər burada belə cinayətlər baş verirsə, bu artıq yalnız səhiyyənin deyil, dövlətin özünün böhranıdır.


    Sonda bir sual:

    Bu dövlət müəssisəsində qanun işləmir, yoxsa bəzi şəxslər qanunlardan üstünmü sayılır?


    “Xəbər Xətti” redaksiyası bu məsələni tam diqqətlə izləyəcəkaidiyyəti orqanlara sorğular göndərəcək və qarşı tərəfin mövqeyini dərc etməyə hazır olduğunu bildirir.