Tag: israil-iran

  • Trampdan İrana sanksiya ləğvi şərti

    Trampdan İrana sanksiya ləğvi şərti

    ABŞ prezidenti Donald Tramp Fox News kanalına verdiyi açıqlamalarda regional və beynəlxalq gündəmdəki əsas hadisələrə toxunub.

    İsrail-İran Münaqişəsi və Sanksiyalar

    İsrailin İrana qarşı hücumları ilə başlayan münaqişələrdə hər iki tərəfin də kifayət qədər yorulduğunu qeyd edən Tramp, ABŞ-ın İrana endirdiyi hava zərbələrinin uğurla nəticələndiyini bildirib. O, hücumlardan əvvəl zənginləşdirilmiş uranın başqa yerə köçürüldüyü iddialarını rədd edərək deyib: “Onlar yaşamaq üçün özlərindən başqa heç nəyi başqa yerə köçürməyiblər. Bizim etdiklərimizin həqiqətən mümkün olacağını düşünmürdülər.”

    İrana qarşı sanksiyaların davam etdiyini xatırladan keçmiş prezident, Çinin atəşkəsdən sonra bu ölkədən neft ala biləcəyi ilə bağlı əvvəlki açıqlamalarına aydınlıq gətirib: “Xeyr, mən elə demədim. Sanksiyalar hələ də qüvvədədir. Lakin əgər onlar üzərlərinə düşəni yerinə yetirərlərsə, dinc olarlarsa və bizim əməkdaşlıq edərlərsə, artıq zərər verməyəcəklərsə, o zaman sanksiyaları qaldıraram.”

    İbrahim Sazişləri Və Mamdaninin Tənqidi

    Tramp İsrail-İran atəşkəsi nəticəsində İbrahim Sazişlərinə qoşulmaq istəyən ölkələrin olub-olmaması ilə bağlı suala cavab olaraq deyib: “Bəli, hazırda orada həqiqətən də möhtəşəm ölkələr var və düşünürəm ki, biz onları cəlb etməyə başlayacağıq, çünki əsas problem İran idi.” Keçmiş prezident bir vaxtlar İranın da İbrahim Sazişlərinə qoşulacağını düşündüyünü, lakin Suriyanın bu məsələdə mövqeyini hazırda bilmədiyini söyləyib.

    Donald Tramp bu həftə Nyu-Yorkda Demokrat Partiyasının bələdiyyə sədri ilkin seçkilərində qalib gələn Zohran Mamdani haqqındakı suallara da cavab verib. “O bir kommunistdir. Fikrimcə, Nyu-York üçün çox pisdir” deyən Tramp, Mamdaninin ilkin seçkilərdə qalib gəlməsinə çox təəccübləndiyini bildirib. O əlavə edib: “Nyu-Yorkun bələdiyyə sədri kim olursa olsun, özünü idarə etməlidir, yoxsa federal hökumət onlara maliyyə cəhətdən çox sərt davranacaq.”

    Məlumat üçün qeyd edək ki, Nyu-Yorkda 24 iyunda keçirilən Demokrat Partiyasının bələdiyyə sədri ilkin seçkilərində, Hind əsilli və Uqanda doğumlu 33 yaşlı müsəlman namizəd Zohran Mamdani qeyri-rəsmi nəticələrə görə birinci yeri tutaraq 4 noyabrda keçiriləcək seçkilərə qatılmaq hüququ qazanmışdı. Demokrat sosialist kimliyi ilə tanınan Mamdani, əsas rəqibi, 67 yaşlı Nyu-Yorkun keçmiş qubernatoru Andrew Cuomonu geridə qoyaraq ənənəvi Demokrat Partiya dəstəkçilərini təəccübləndirmişdi.

    Daha əvvəl Donald Tramp Truth Social sosial media hesabından Mamdaninin ilkin seçkilərdə qələbəsinə etiraz edərək “Demokratlar həddi aşdı. Yüz faiz kommunist bir dəli olan Mamdani qalib gəldi” ifadələrini istifadə etmişdi.

    24 saat

  • Tramp Netanyahu ilə atəşkəs barədə kəskin danışıb

    Tramp Netanyahu ilə atəşkəs barədə kəskin danışıb

    Ağ Ev rəsmiləri ABŞ prezidenti Donald Trampın bu səhər İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı keçirdiyini təsdiqləyib. Bu məlumat ABŞ mərkəzli CNN xəbər kanalında yer alıb.

    Rəsmilər Trampın atəşkəsin qorunması ilə bağlı son dərəcə sərt və açıq mövqe sərgilədiyini iddia ediblər. Onların sözlərinə görə, Netanyahu məsələnin ciddiyyətini və ABŞ Prezidentinin narahatlığını başa düşdüyünü bildirib.

    Trampdan Hücum Əleyhinə Sərt Xəbərdarlıq

    Axios xəbər portalından Barak Ravidin X sosial media platformasındakı paylaşımında yüksək rütbəli İsrail rəsmisinin İsrail-İran gərginliyi zamanı elan edilmiş proses barədə verdiyi məlumatlar əksini tapıb. Adı açıqlanmayan rəsmi Trampın telefon danışığı zamanı Netanyahudan “İrana heç bir hücum təşkil etməməsini” tələb etdiyini iddia edib.

    Yalnız Bir Hədəfə Zərbə Qərarı

    Rəsminin qeyd etdiyi kimi, Netanyahu hücumu ləğv edə bilməyəcəyini və “İranın atəşkəsi pozmasına cavab verilməsinin vacib olduğunu” bildirib. Son nəticədə hücumun əsaslı şəkildə məhdudlaşdırılması və bir çox hədəfə zərbələrin ləğv edilməsi qərara alınıb. Rəsmi görüşün sonunda “yalnız bir hədəfə” hücum edilməsi qərarının verildiyini qeyd edib.

    Gərginliyin Tarixçəsi: Nələr Baş Vermişdi?

    ABŞ prezidenti Donald Tramp gecə saatlarında İsrail və İran arasında atəşkəsə nail olunacağını elan etmiş, İsrail də bu təklifi qəbul etdiyini açıqlamışdı. Bu açıqlamadan sonra müvəqqəti razılığın səhər saat 07:00-da başlayacağı bildirilmişdi. Lakin razılıq elanından sonra İsrail ərazisinə İrandan raket atıldığını iddia etmiş, İsrailin Müdafiə Naziri də İrana cavab hücumu əmri verdiyini açıqlamışdı. İran Baş Qərargahı isə ölkədən raket atıldığı barədə iddiaları qəti şəkildə təkzib etmişdi. Bütün bunlar bölgədəki İsrail-İran gərginliyini daha da artırmışdı.

    24 saat

  • Qisas bayrağı: İran tarixində 4 dəfə dalğalandı

    Qisas bayrağı: İran tarixində 4 dəfə dalğalandı

    İsrailin Zərbələri və İranın İntiqam Bayrağı: Kərbəladan Mehdiyə Minillik Mesaj

    Keçən cümə gecəsi İsrail İranın paytaxtı Tehran, eləcə də Təbriz, Həmədan, Qum, Qəsr-i Şirin, Luristan, Kirmanşah və İsfahandakı Nətənz Nüvə Təsislərinə qarşı eyni vaxtda hava zərbələri endirdi. Hərbi və nüvə infrastrukturu hədəf alan bu hücumlarda İran Baş Qərargah rəisi general-mayor Məhəmməd Bakıri və İnqilab Keşikçiləri Korpusunun komandanı general-mayor Hüseyn Səlami də daxil olmaqla, bir çox yüksək rütbəli rəsmi həyatını itirdi. Zərbələr nəticəsində İranın nüvə proqramında çalışan 6 alim də öldürüldü. Tehranın bəzi yaşayış məntəqələrinin də hədəf alınması nəticəsində çox sayda mülki vətəndaşın həlak olduğu bildirilir.

    İsrailin bu addımı Tehran və Təl-Əviv arasında uzun müddətdir artan gərginliyi təhlükəli həddə çatdırdı. Hücumların ardından İranın Qum şəhərində yerləşən və şiələr üçün mühüm simvol olan Cəmkeran Məscidinin qübbəsinə qırmızı bayraq sancıldı. Bəs, bu qırmızı bayraq nə anlama gəlir?

    İntiqam Bayrağının Mənası və Tarixi Kökəni

    Həm dini, həm də siyasi baxımdan İranın ən güclü simvollarından biri olan ‘qırmızı intiqam bayrağı’ beynəlxalq arenada İranın cavab zərbəsi endirəcəyinə dair bir sıra proqnozları özü ilə gətirdi. Bu qırmızı bayraq bir müharibə elanından daha çox, müharibə xəbərdarlığı funksiyası daşıyır və qoyu qırmızı rəngini fədakarlıq və mübarizə ruhundan alır.

    Qırmızı Bayrağın Kərbəla Hadisəsi ilə Əlaqəsi

    Qırmızı intiqam bayrağının varlığı şiə məzhəbi üçün böyük əhəmiyyət daşıyan, 680-ci ildə baş verən Kərbəla hadisəsinə qədər uzanır. Tarixi qeydlərə görə, Həzrət Hüseyn və səhabələrinin Əməvi Xəlifəsi Yezidin ordusu tərəfindən şəhid edilməsindən sonra ‘qırmızı intiqam bayrağı’ ilk dəfə o zaman asıldı. Bu hadisədən sonra ‘qırmızı intiqam bayrağı’ şiə dünyasında zülmə qarşı müqavimətin və qanın hesabının sorulacağı inancının simvolu olaraq qəbul edildi. Həm sonsuz yas və müqavimətin, həm də haqsızlığa qarşı alınacaq intiqamın simvolu olan qırmızı bayraq ilk dəfə 3 yanvar 2020-ci ildə İran İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələri komandanı Qasım Süleymaninin Bağdad hava limanı yaxınlığında pilotsuz təyyarə hücumu nəticəsində öldürülməsindən sonra İranın Qum şəhərindəki Cəmkeran Məscidinin qübbəsinə sancılmışdı. Qasım Süleymaninin öldürülməsindən sonra asılan bu bayraq, tarixdə bir məscid qübbəsində qırmızı bayraqla verilən ilk rəsmi intiqam elanı kimi yadda qaldı.

    ‘İntiqam’ mənasını verən qırmızı zəmin üzərində ağ xətt sənəti ilə yazılan ifadədə ‘Ya Ləsarət əl-Hüseyn’, Fars dilində ‘Ya Sarət-əl-Hoseyn’ yazılıb. Ədalət, intiqam və müqavimətin simvolu olan bu ifadə isə ‘Ey Hüseynin qanının intiqamını alacaq olanlar!’ anlamına gəlir.

    Qırmızı Bayrağın Dini və Siyasi Anlamı

    Qırmızı intiqam bayrağı İran üçün yalnız dini bir simvol deyil; eyni zamanda siyasi, ideoloji və mədəni baxımdan da dərin mənalar daşıyır. Cəmkeran Məscidində asılan və olduqca nadir görünən bu bayraq, üç əsas mesaj verdiyi şəklində şərh edilir: İran xalqı haqsızlığa qarşı çiyin-çiyinə mübarizə aparacaq, ölkə özünə qarşı heç bir hücuma səssiz qalmayacaq və bu bayraq, İranın qırmızı xətlərinin açıq şəkildə aşdığını elan edəcək.

    Qırmızı intiqam bayrağının Cəmkeran Məscidində asılması isə təsadüf deyil, əksinə, olduqca şüurlu və simvolik bir seçimi əks etdirir. Şiə inancına görə Cəmkeran, Qiyamətdən əvvəl zülmə son vermək üçün yer üzünə qayıdacağına inanılan 12-ci İmam Mehdinin (Mehdi-i Muntazar) ortaya çıxacağı müqəddəs məkandır. Bu səbəbdən qırmızı bayrağın burada dalğalandırılması, yalnız intiqamın deyil, eyni zamanda Mehdiyə yönəlik bir yardım və ədalət çağırışı olaraq da görülür.

    İranın Beynəlxalq Arenaya Mesajı

    Kərbəla hadisəsindən sonra ilk dəfə 2020-ci ildə asılan qırmızı bayraq, İran İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələri komandanı Qasım Süleymaninin öldürülməsindən sonra, 2024-cü ildə Kirmanadakı bombalı hücumdan sonra və 2024-cü ildə HƏMAS lideri İsmayıl Həniyyənin sui-qəsdindən sonra asılmışdı. Dördüncüsü isə İsrail təyyarələrinin 13 iyun günü çox sayda İran hərbi və nüvə hədəfini vurmasından dərhal sonra yaşandı. Yüksək rütbəli komandanların, alimlərin, mülki vətəndaşların ölümünə səbəb olan bu hücumlar ölkə çapında həm kədər, həm də qəzəb yaratdı. Bu hücumlara cavab olaraq yüzlərlə etirazçı Cəmkeran Məscidinin qarşısında toplaşdı, İsrail əleyhinə şüarlar səsləndirdi və İran bayraqları yellədi. İranın dini lideri Əli Xamenei İslam Respublikasına qarşı görünməmiş hücumdan sonra yəhudi dövlətinin ağır nəticələrlə üzləşəcəyini söyləyərək, İsrailə ‘sərt bir cəza’ veriləcəyini bildirdi. Hücumların ardından asılan ‘qırmızı bayraq’ İranın beynəlxalq arenaya verdiyi intiqam mesajının bir hissəsi olaraq dəyərləndirildi.

    24saat

    İsrailin Zərbələri və İranın İntiqam Bayrağı: Kərbəladan Mehdiyə Minillik Mesaj

    Keçən cümə gecəsi İsrail İranın paytaxtı Tehran, eləcə də Təbriz, Həmədan, Qum, Qəsr-i Şirin, Luristan, Kirmanşah və İsfahandakı Nətənz Nüvə Təsislərinə qarşı eyni vaxtda hava zərbələri endirdi. Hərbi və nüvə infrastrukturu hədəf alan bu hücumlarda İran Baş Qərargah rəisi general-mayor Məhəmməd Bakıri və İnqilab Keşikçiləri Korpusunun komandanı general-mayor Hüseyn Səlami də daxil olmaqla, bir çox yüksək rütbəli rəsmi həyatını itirdi. Zərbələr nəticəsində İranın nüvə proqramında çalışan 6 alim də öldürüldü. Tehranın bəzi yaşayış məntəqələrinin də hədəf alınması nəticəsində çox sayda mülki vətəndaşın həlak olduğu bildirilir.

    İsrailin bu addımı Tehran və Təl-Əviv arasında uzun müddətdir artan gərginliyi təhlükəli həddə çatdırdı. Hücumların ardından İranın Qum şəhərində yerləşən və şiələr üçün mühüm simvol olan Cəmkeran Məscidinin qübbəsinə qırmızı bayraq sancıldı. Bəs, bu qırmızı bayraq nə anlama gəlir?

    İntiqam Bayrağının Mənası və Tarixi Kökəni

    Həm dini, həm də siyasi baxımdan İranın ən güclü simvollarından biri olan ‘qırmızı intiqam bayrağı’ beynəlxalq arenada İranın cavab zərbəsi endirəcəyinə dair bir sıra proqnozları özü ilə gətirdi. Bu qırmızı bayraq bir müharibə elanından daha çox, müharibə xəbərdarlığı funksiyası daşıyır və qoyu qırmızı rəngini fədakarlıq və mübarizə ruhundan alır.

    Qırmızı Bayrağın Kərbəla Hadisəsi ilə Əlaqəsi

    Qırmızı intiqam bayrağının varlığı şiə məzhəbi üçün böyük əhəmiyyət daşıyan, 680-ci ildə baş verən Kərbəla hadisəsinə qədər uzanır. Tarixi qeydlərə görə, Həzrət Hüseyn və səhabələrinin Əməvi Xəlifəsi Yezidin ordusu tərəfindən şəhid edilməsindən sonra ‘qırmızı intiqam bayrağı’ ilk dəfə o zaman asıldı. Bu hadisədən sonra ‘qırmızı intiqam bayrağı’ şiə dünyasında zülmə qarşı müqavimətin və qanın hesabının sorulacağı inancının simvolu olaraq qəbul edildi. Həm sonsuz yas və direnişin, həm də haqsızlığa qarşı alınacaq intiqamın simvolu olan qırmızı bayraq ilk dəfə 3 yanvar 2020-ci ildə İran İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələri komandanı Qasım Süleymaninin Bağdad hava limanı yaxınlığında pilotsuz təyyarə hücumu nəticəsində öldürülməsindən sonra İranın Qum şəhərindəki Cəmkeran Məscidinin qübbəsinə sancılmışdı. Qasım Süleymaninin öldürülməsindən sonra asılan bu bayraq, tarixdə bir məscid qübbəsində qırmızı bayraqla verilən ilk rəsmi intiqam elanı kimi yadda qaldı.