Tag: #JenniferLopez

  • Cennifer Lopez İstanbulda: Dəbdəbəli alış-verişlə başladı

    Cennifer Lopez İstanbulda: Dəbdəbəli alış-verişlə başladı

    Cennifer Lopes İstanbulda

    Dünya şöhrətli müğənni Jennifer Lopez, avqustun 5-də (bu gün) Yenikapı Festival Parkında verəcəyi möhtəşəm konsert üçün İstanbula gəlib. Şəhərə çatdıqdan dərhal sonra, ulduzun ilk ünvanı məşhur İstinye Parkdakı lüks butiklər olub.

    Müğənni, xüsusi alış-veriş üçün mağazalardan birini tamamilə bağlatdırıb. Bu alış-veriş zamanı milyonlarla manat xərcləyən sənətçi, əsas diqqəti çanta və bahalı geyim kolleksiyalarına yönəldib.

    Tərzdə Yeni Standartlar

    Bu səfər çərçivəsində müğənninin küçə tərzi də pərəstişkarlarının böyük rəğbətini qazanıb. O, dəyirmi çəhrayı günəş eynəyi, eləcə də Victoria Beckham imzalı naxışlı tunik və şort kombini ilə özünəməxsus stilini nümayiş etdirib.

    Antalyada keçirdiyi uğurlu konsertdən sonra sənətçi, bu gün, avqustun 5-də, şəhər Festivalı çərçivəsində növbəti dəfə səhnəyə çıxacaq.

    24 saat

  • Petek Dinçöz fotoşopla J.Lo-ya oxşadı

    Petek Dinçöz fotoşopla J.Lo-ya oxşadı

    Petek Dinçözün Şəxsi Həyatındakı Dəyişikliklər

    2014-cü ildə ailə həyatı qurduğu və oğluun atası olan Serkan Kodaloğlu ilə səkkiz illik evliliyinə son qoyan Petek Dinçöz, boşanmadan sonra könlünü Nida Büyükbayrakdara vermişdi. Müğənni münasibətini sosial media üzərindən elan etmiş və sürpriz şəkildə həyatını birləşdirmişdi.

    Sosial Media Fəallığı və Gündəm

    Sosial mediadan fəal şəkildə istifadə edən və paylaşımları ilə daim diqqət çəkən Dinçöz bu dəfə son görünüşü ilə gündəmə gəlib. O, “Instagram” hesabında yaydığı fotoya “Yanmışıq, amma parlayırıq. Səhnə bizimdir, yıxılmadan irəliləyən qadınların səhnəsi. Qəhvəmiz sərt, qəlbimiz yumşaq, lakin duruşumuz aydındır” qeydini əlavə edib.

    Fotoşop Təsiri və Bənzətmələr

    Müğənninin tətbiq etdiyi fotoşop effekti izləyiciləri tərəfindən dünyaca məşhur ulduz Cenifer Lopezə bənzədilməsinə səbəb olub. Aktyor Doğu Demirkol da bu bənzətməyə zarafatla yanaşaraq “JLO görəsən həddini biləcəkmi?” şərhini yazıb.

    24 saat

  • Cennifer Lopezin Türkiyədəki mağara məskəni

    Cennifer Lopezin Türkiyədəki mağara məskəni

    6 il aradan sonra iyulun 23-də Türkiyədə konsert verəcək məşhur Amerikalı müğənni Jennifer Lopez, Regnum Carya Otelində 3 min 500 kvadratmetr sahəsi olan və 14 nəfərlik “Cave” adlı mağara otaqda qalacaq.

    MAĞARADA QALACAQ

    Dünyaca məşhur sənətçi Türkiyədə bu konserti ilə yanaşı, yeni yaşını da qeyd edəcək. Jennifer Lopez Antalya konserti üçün 42 nəfərlik heyətlə çalışır və səhnədə 50 rəqqasə ilə möhtəşəm şou göstərəcək. Təxminən 85 nəfərlik komanda ilə ölkəyə gələcək Lopes səhnədə 35 mahnı ifa edəcək.

    VİLLADA HƏR ŞEY VAR

    Lopes həmçinin “Crown Villa” adlanan xüsusi otaqda məskunlaşacaq. Bu 3 mərtəbəli villanın daxilində nadir və bənzərsiz “The Cave” adlı mağara otağı yerləşir. İçərisində 14 nəfərin rahatlıqla qala biləcəyi villada mağara, 8 yataq otağı, 6 geyim otağı, hovuzüstü bar, sauna, şəxsi kinoteatr sahəsi və şömine kimi dəbdəbəli imkanlar mövcuddur.

    ŞƏXSİ ODA XÜSUSİ DİZAYNLA HAZIRLANIB

    Lopesin baş hərfləri işlənmiş otaqda xüsusi dizaynlı yataq dəstləri və dəbdəbəli xalatlar istifadə olunacaq. Qolf və hovuz mənzərəli bu özəl tripleks villadakı mağara otağında oturma və iş otağı, PlayStation otağı, vanna otağı, tül və qaraltma pərdələr, xüsusi hazırlanmış idxal ağac döşəmə, atəş çuxurlu şömine, tam təchizatlı mətbəx və yemək otağı, habelə müasir SPA sahəsi də qonaqların ixtiyarındadır.

    24 saat