Tag: #Kavga iddiaları

  • Hakan Çalhanoğlu dava xəbərlərini təkzib etdi

    Hakan Çalhanoğlu dava xəbərlərini təkzib etdi

    A Milli Futbol Komandası Gürcüstan üzərində qələbə qazandı

    Türkiyə Milli Futbol Komandası 2026 FİFA Dünya Kubokunun Avropa seçmə mərhələsi E qrupunun ilk oyununda Gürcüstanı 3-2 hesabı ilə məğlub edib.

    Hakan Çalhanoğlunun açıqlamaları və komanda daxilindəki iddialara cavab

    Oyundan sonra açıqlama verən Türkiyə Milli Komandasının kapitanı Hakan Çalhanoğlu, oyunçular arasında mübahisə yaşandığı iddialarına cavab verib.

    “Hamımız qardaşıq”

    Hakan Çalhanoğlu oyunla bağlı təəssüratlarını bölüşərək bunları qeyd edib: “Fərqli bir oyun gözləyirdik. Gürcüstanın daha təzyiqli olacağını düşünürdük. Daha fərqli hesab ala bilərdik. Qırmızı kartdan sonra çətinlik çəkdik. Əsas olan 3 xalı qazanmaqdır.”

    Çalhanoğlu komanda daxilində yaşananlarla bağlı iddialara da aydınlıq gətirib: “Bura milli komandadır, burada elə bir şey yoxdur. Klublara hörmətimiz sonsuzdur, amma biz burada bayrağımızı təmsil edirik. Şadıq, Yunus yanımda. Gözü göyərməyib (gülərək). Bizə belə narahatlıqlar yaşatmağa çalışırlar. Bura Milli Komandadır. Bura gəlib bayrağımızı təmsil edirik. Bizə hörmət etsinlər. Əsla bizdə mübahisə yoxdur. Yunus, Kərəm, Əbdülkərim, hamımız qardaşıq.”

    Yunus Akgünün fikirləri

    Yunus Akgün isə Hakan Çalhanoğlunun komandada lider olduğunu vurğulayaraq, “Hakan abi bu komandanın lideridir, ona hörmətimiz sonsuzdur. Mükəmməl bir ailə ortamımız var. Bunu pozmağa çalışmayaq” deyib.

    24 saat