Tag: #Kerem Aktürkoğlu

  • Tedesko Mourinyoya söz atdı

    Tedesko Mourinyoya söz atdı

    Fenerbahçe baş məşqçisi Domeniko Tedesko, “Nitsa” üzərində 2-1 hesablı qələbədən sonra açıqlamalar verib. Kerem və Asensionun çıxışlarına toxunan Tedesko, komandaya yeni qan lazım olduğunu vurğulayıb.

    ‘Hər kəs hazırdır’

    “Bizim üçün gözəl bir qələbə oldu. Bir çox məsələdə irəliyə doğru addım atdıq. Matç ərzində komandanın göstərdiyi xarakter, özünə inam, meydanda mövqe baxımından inkişaf edirik. İnkişaf etmək üçün müsbət anlara, qollara ehtiyacınız var. Kerem qollar vurduğu üçün, ikinci hissədə oyuna daxil olan oyunçulardan razıyam. Hər kəs hazırdır. Bu da gözəl bir göstəricidir.”

    ‘Hər matçda eyni heyətlə oynaya bilmərik’

    “Əvvəlki matçın heyəti ilə davam etdik. Zaqreb matçından sonra sabitliyin əhəmiyyətindən danışmışdıq. Sabitliyi inkişaf etdirmək lazımdır. Özünə inamı yaratmaq çətindir və vaxt aparır. Hər 3-4 gündən bir oynadıqda, hər matçda eyni heyətlə oynaya bilmərik. Yeni qana ehtiyac duyarsınız. Asensio dünən soyuqlamışdı, yüksək hərarəti yox idi, amma oynaması sual altında idi. 60 dəqiqə ərzində performans göstərdi, onun əvəzinə daxil olan da töhfə verməyə hazır idi. Bu da vacib idi. Ehtiyat oyunçularına da güvənməliyik. Onlar da kömək edə bilirlər. Güvən, güvən, güvən!”

    Mourinyonun iş üsuluna göndərmə

    Fenerbahçenin keçmiş baş məşqçisi Joze Mourinyonun məşq sisteminə işarə edən Tedesko, “Hazırlıq dövrü ilə bağlı fikrim yoxdur. Mən burada deyildim. Mövsüm öncəsi necə bir hazırlıq düşərgəsi keçirildiyini bilmirəm, burada deyildim. İkinci hissədəki enişin səbəbi ilk hissədə etdiyimiz şiddətli presinqdir. Komanda 90 dəqiqə ərzində əla bir gücə sahib deyil. Əskikliklər var”, – deyə bildirib.

    ‘Lüksüm olsun istəyirəm’

    “Bazar günü oynayanlar bir istinad yaratdılar. Sonradan girənlər də böyük töhfə verdilər. Kimin əsas heyətdə başlayacağına dair lüksüm olsun istəyirəm. Bu gün komanda ardıcıl ikinci dəfə performans göstərdi. Bu böyük bir addım idi. Bəzən də istədiyinizi edə bilməzsiniz. Etmək üçün avtomatlaşmaq lazımdır. Ardıcıl sabitlik göstərərək performans təmin edərsiniz. Kerem bu gün 2 qol vurdu. Onun üçün, komanda üçün, azarkeşlər üçün xoşbəxtəm.”

    Kerem-in fərdi bacarıqları var’

    “İki oyunçunu müqayisə etmək çətindir. Nkunku ikinci bir hücumçu kimi oynayırdı; Nene də gənc bir oyunçudur, matçlar oynamağa, özünə inam qazanmağa ehtiyacı var. Yaxşı bir performans sərgiləyir. Potensialı olan gənc bir oyunçu.”

    Kerem-in rolu çox vacib idi. Kerem qol vurmasa belə, onun tempini, səyini, təzyiqini, köməyini görə bilirsiniz. Enerjisi bitdiyində onu çıxarmaq məcburiyyətində qaldıq. Yüksək səviyyəli və ağıllı bir oyunçu. Fenerbahçedə olduğu üçün xoşbəxtik. Kerem-in fərdi bacarıqları var, zaman-zaman kənarda, zaman-zaman içəridə dəyərləndiririk. 4-3-3 oynadığımızda səkkiz nömrələr ona meydan açır və o da xətlər arasında topla görüşə bilir.”

    24 saat

  • Tedesko Durandanın zədəsinin adi olmadığını bildirdi

    Tedesko Durandanın zədəsinin adi olmadığını bildirdi

    Fenerbahçe Baş Məşqçisi Domeniko Tedesko Avropa Liqası öncəsi mətbuat konfransında

    Fenerbahçe-nin baş məşqçisi Domeniko Tedesko, UEFA Avropa Liqası-nın ikinci həftəsində OGC Nice ilə qarşılaşacaqları oyun öncəsi mətbuat konfransında fikirlərini bölüşüb.

    Rəqib analizi və özünə inam

    Domeniko Tedesko güclü bir rəqiblə oynayacaqlarını, lakin öz güclərinə inandıqlarını vurğulayıb.

    İtaliyalı baş məşqçi “Nice müdafiədə güclü bir komandadır. Orta sahə oyunçuları texnikidir. Cinah oyunçuları da olduqca yaxşıdır və çox sayda ötürmələr edirlər. Futbolda hər şeyi müdafiə edə bilməzsiniz, belə olsaydı oyunlar 0-0 bitərdi. Unutmamaq lazımdır ki, onlar da bizi müdafiə etməlidirlər!” deyib.

    Kərəm Aktürkoğlunun vəziyyəti

    Domeniko Tedesko Kərəm Aktürkoğlunun performansını da dəyərləndirib. Təcrübəli baş məşqçi milli futbolçuya zaman tanınmasının vacibliyini qeyd edərək “Kərəm Aktürkoğlu sol cinah oyunçusudur. Buraya gələli çox uzun müddət olmayıb, bir az zamana ehtiyacı var. Mən gəldiyimdən bəri ən çox şans qazanan oyunçu odur. Performansından 100% razı deyil, qollar vurmaq, assistlər etmək istəyəcəkdir. Ona vaxt tanıyacağam. Meydanda təzyiqi ilə əlindən gələni edir. Çox dəfə yıxılsa belə, yenidən ayağa qaldırmalısınız ki, istədiyini edə bilsin. Kərəmlə bağlı heç bir problemim yoxdur” deyə bildirib.

    Komanda işi və inkişaf

    Domeniko Tedesko komandaya yeni qoşulduğunu xatırladaraq “Düşünürəm ki, gəldiyimdən bəri 6 dəfə tam məşq edə bilmişik. Etməli olduğumuz çox şey var. İşləməli olduğumuz çox şey var. Məşq başına yalnız bir mövzuya toxuna bilirik. Komanda əlindən gələni edir. Bəzən oyun içində işlər yaxşı getməyə bilər, bunu da qəbul etmək lazımdır. Bəzən qazandığımız oyunlardan sonra yata bilmirəm, analiz edirəm. Uduzduğumuzda isə bəzən problemi görürəm və düzəltməyə çalışıram” deyə qeyd edib.

    Zədələr və heyət məsələləri

    Zədələrə toxunan Tedesko “Edson Alvarez geri döndü, bu vacibdir. Bartuğ Elmaz çox yaxşı bir oyunçudur, Avropa heyətində yoxdur və bu çox pisdir! Gəldiyimizdə komandada 7 zədəli oyunçu var idi, indi bu sayını 2-yə endirdik” ifadələrini işlədib. Duranla bağlı isə “Jhon Duran oynamaq üçün motivasiyaya sahibdir. Bəzi zədələr 6 həftə davam edir, amma onun vəziyyəti belə deyil! Əvvəlki klublarında da ağrı problemi var idi. Bəzi klublar onu bu vəziyyətdə oynadırdı. Bəzən oyunçular ağrı ilə oynayırlar, amma bir nöqtəyə gəlirlər və daha oynaya bilmirlər. Ayaqda hiss edilən bir ağrının səbəbi beldən qaynaqlana bilər. Bu cür vəziyyətlərdə zaman lazımdır. Bir çox mütəxəssis bir araya gəldik və problemin mənbəyini tapdıq.

    Jhon Duran özü oynamaq üçün yüksək motivasiyaya malikdir. Onun zədəsi normal bir zədə deyil, Jhon əvvəl oynadığı klublarda da eyni ağrıları yaşamış, o da o ağrılarla oynamağa davam etmişdir. Bir çox mütəxəssis yığışdıq bir yerə problemin nədənini tapdıq. Jhon üçün bir az daha zaman lazımdır. Leypsiqdə Almaniya Kuboku oynayarkən oyuna çıxmadan öncə bir oyunçum mənim ağrım var dedi. Siz bu vəziyyətdə nə edərdiniz? Zədəsi, problemi olan oyunçunu oynadıb risk almaq istəmirəm. Oyunçularımı qoruyacağam” fikirlərini bildirib.

    24 saat

  • Milli komandanın düşərgəsində maraqlı görüntü

    Milli komandanın düşərgəsində maraqlı görüntü

    Türkiyə Milli Futbol Komandası Dünya Çempionatına Hazırlığa Başladı

    Türkiyə Milli Futbol Komandası, 2026 FIFA Dünya Kuboku Elemeleri E Qrupu ilk matçında sentyabrın 4-ü Gürcüstanla səfərdə keçirəcəyi qarşılaşmanın hazırlıqlarına başladı. Komanda üzvləri ilk məşqini etdi.

    Millilər, Dünya Kuboku yolunda ilk sınağına çıxmaq üçün hazırlıqlara start verdi.

    Fenerbahçe-nin Futbolçuları Bir Yerdə Məşq Etdi

    Hazırlıq prosesinə yeni transfer Kerem Aktürkoğlunun görüntüləri damğa vurdu. Son zamanlarda “Fənərbaxça”ya keçməsi və verdiyi açıqlamalar səbəbindən “Qalatasaray” azarkeşlərinin reaksiyasına səbəb olan milli oyunçunun, məşqdə “Fənərbaxça”lı futbolçularla birgə qaçdığı anlar diqqət çəkdi.

    24 saat