Fənərbaxçanın keçmiş prezidenti Əziz Yıldırım 73 yaşını qeyd edir.
Yaz Yıldırım atasının ad gününü təbrik etdi
Əziz Yıldırım 73-cü doğum gününü qeyd edir. Bu münasibətlə qızı Yaz Yıldırım sosial media hesabında paylaşım edərək atasını təbrik edib.
“Ən yaxşı atasan”
Yaz Yıldırım atasının doğum gününü təbrik edərkən, maraqlı bir fotoşəkil də yayımlayıb. Həmin fotoda ata və qız eyni dizaynda, qırmızı-ağ zolaqlı və üzərində “Little Pirate” (Kiçik Quldur) yazılmış köynəklər geyinib. Yaz Yıldırım paylaşımına “Yaxşı ki, doğuldun, atacan, ən yaxşı ata sənsən” sözlərini əlavə edib.
Paylaşım böyük marağa səbəb oldu
Yaz Yıldırımın bu səmimi paylaşımı qısa müddətdə minlərlə bəyənmə toplayıb. İstifadəçilər Əziz Yıldırım və qızına xoş arzularını bildiriblər. Bu təbrik, həm Fənərbaxça azarkeşləri, həm də digər idmansevərlər tərəfindən maraqla qarşılanıb.
