) istifadə etməmək tövsiyə olunur. #Livakovic - admin

Tag: #Livakovic

  • Fənərbaxçada ardıcıl ayrılıqlar yaşanır

    Fənərbaxçada ardıcıl ayrılıqlar yaşanır

    Fenerbahçedə ard-arda ayrılıqlar

    Transfer pəncərəsinin son saatları yaxınlaşdıqca klublarda hərəkətlilik davam edir. Son 24 saat ərzində etdiyi transferlərlə diqqət çəkən Fenerbahçedə ayrılıqlar bir-birinin ardınca yaşanır.

    Fenerbahçedə Yusuf Akçiçekdən sonra daha bir ayrılıq baş tutub. Sarı-lacivərdli komanda braziliyalı stoper Dieqo Karlos ilə yollarını ayırıb. Dieqo Karlosun İtaliya A Seriyası təmsilçisi Komoya icarəyə verildiyi açıqlanıb. Fenerbahçedən verilən açıqlamada bu ifadələrə yer verilib: “Klubumuz, braziliyalı oyunçumuz Dieqo Karlosun icarə transferi mövzusunda İtaliyanın Komo Klubu ilə razılığa gəlib. Dieqoya zədələrdən uzaq, uğurlu bir mövsüm arzulayırıq.”

    AmrabatLivakoviç də komandanı tərk etdi

    Fenerbahçe gecə yarısı daha iki ayrılıq barədə məlumat yayıb. Sarı-lacivərdlilər Amrabatın Real Betisə, Livakoviçin isə Jironaya transfer olduğunu açıqlayıb. Hər iki transfer də icarə əsasında reallaşıb.

    24 saat

  • Ederson Fenerbahçedədir, maaşı açıqlandı

    Ederson Fenerbahçedədir, maaşı açıqlandı

    Fənərbaxça Ederson transferini rəsmiləşdirdi

    Transfer pəncərəsinin bağlanmasına az bir müddət qalmış Fənərbaxça, “Mançester Siti”nin braziliyalı qapıçısı Edersonla razılığa gəldi. “Qalatasaray”ın uzun müddət maraqlandığı braziliyalı qapıçı ilə bütün şərtlərdə razılaşan Fənərbaxça, Livakoviçin yerini qısa müddətdə doldurdu.

    32 yaşlı qolkiper, saat 01.30 radələrində İstanbula gəldi. Fənərbaxçadan da transferlə bağlı açıqlama verilib. Açıqlamada “Klubumuz, braziliyalı qolkiper Edersonun transferi üçün klubu “Mançester Siti” ilə razılığa gəlmişdir. Oyunçu rəsmi imzaların tamamlanması üçün İstanbula gətirilib” ifadələri yer alıb.

    Edersonun maaşı bəlli oldu

    3+1 illik müqavilə imzalanan braziliyalı qapıçının illik maaşı da KAP bildirişindən sonra bəlli oldu. Fənərbaxçanın KAP-a etdiyi bildirişdə “Peşəkar futbolçu Ederson Santana de Moraes’in transferi mövzusunda klubu “Mançester Siti” FK və özü ilə razılığa gəlinmişdir.

    Futbolçuya 2025-2026 mövsümündən etibarən hər mövsüm üçün xalis 11.000.000 avro ödəniləcəkdir” deyilib.

    24 saat