Tag: #MəşqçiAyrılığı

  • İsmail Kartal Persepolisdən ayrıldı

    İsmail Kartal Persepolisdən ayrıldı

    İsmail KartalPersepolis“lə yollarını ayırdı

    Türkiyəli təcrübəli məşqçi İsmail Kartal İranın “Persepolis” futbol klubu ilə yollarını ayırıb. Mütəxəssis verdiyi açıqlamada klubla qarşılıqlı razılaşma əsasında bu qərarın verildiyini bildirib.

    Kartalın “Persepolis”dəki fəaliyyəti

    Qeyd edək ki, İsmail Kartal cari ilin yanvar ayında İran təmsilçisi “Persepolis”in sükanına keçmişdi. Onun rəhbərliyi altında komanda 2024-2025 mövsümünü İran çempionatında 60 xalla, top fərqinə görə üçüncü yerdə tamamlamışdı.

    24 saat

  • Ruud van Nistelrooy klubdan ayrıldı

    Ruud van Nistelrooy klubdan ayrıldı

    Van Nistelrooy Leicester Citydən ayrıldı

    Klubun rəsmi internet səhifəsindən verilən son məlumata görə, 2024-cü ilin noyabrında komandanın sükanına keçən 48 yaşlı niderlandlı futbol mütəxəssisi Rud Van Nistelrooy ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Bu qərar tərəflərin gələcək strategiyaları nəzərə alınaraq qəbul edilib.

    Niderlandlı çalışdırıcı verdiyi açıqlamada keçmiş klubuna və azarkeşlərə dərin təşəkkürlərini bildirib. O, sözlərində “Klubda fəaliyyət göstərdiyim müddətdə göstərdikləri peşəkarlıq və fədakarlıq üçün Leicester Citynin bütün oyunçularına, məşqçilərinə, akademiyasına və birlikdə çalışdığım heyətə, həmçinin dəstəkləri üçün sadiq azarkeşlərə şəxsən təşəkkür edir, bu fürsətdən istifadə edərək kollektivə gələcək üçün ən xoş arzularımı çatdırmaq istəyirəm” deyə vurğulayıb. Bu ayrılığın dostcasına baş verdiyi qeyd olunur.

    Qeyd edək ki, Leicester City İngiltərə Premyer Liqasında tarixində ilk və yeganə çempionluğunu 2015-2016 mövsümündə qazanmışdı. Lakin komanda ötən mövsümün sonunda göstərdiyi uğursuz nəticələrə görə Çempionşipə düşərək pərəstişkarlarını məyus etmişdi. Bu gedişatda məşqçi dəyişikliyi qaçılmaz idi.

    24 saat