Tag: #məşqçiistehfa

  • Beşiktaş Solskyeri göndərdi

    Beşiktaş Solskyeri göndərdi

    Beşiktaş və Ole Gunnar Solskjaerin yolları ayrıldı

    Gözlənilməz ayrılıq: Solskjaer Beşiktaşdan göndərildi

    UEFA Avropa Konfrans Liqasında İsveçrənin Lozanna komandasına məğlub olan Türkiyənin Beşiktaş klubu baş məşqçi Ole Gunnar Solskjaerlə yollarını ayırıb.

    Qərar necə qəbul edildi?

    Matçdan sonra stadionda klub prezidenti Sərdal Adalı ilə fövqəladə iclas keçirən norveçli məşqçi ilə müqaviləyə xitam verilib. Solskjaer komandanın başına yanvar ayında gəlmişdi.

    Klubdan rəsmi açıqlama

    Beşiktaş klubundan verilən açıqlamada bildirilir: “Baş məşqçi Ole Gunnar Solskjaerlə olan müqaviləmiz, idarə heyətinin toplantısında alınan qərarla ləğv edilmişdir. Sədrimiz Sərdal Adalı, toplantıdan sonra Solskjaerə indiyədək göstərdiyi xidmətlərə görə təşəkkür edib. İctimaiyyətin diqqətinə hörmətlə çatdırırıq”.

    Solskjaerin Beşiktaşdakı statistikası

    Norveçli məşqçi Beşiktaşın başında ümumilikdə 29 oyuna çıxıb. Bu oyunlarda 15 qələbə qazanıb, 5 dəfə heç-heçə edib və 9 dəfə məğlub olub.

    24 saat