Tag: #matçınmuhtemelheyəti

  • Fənərbaxça-Feyenoord matçının ehtimal olunan heyəti bəlli oldu

    Fənərbaxça-Feyenoord matçının ehtimal olunan heyəti bəlli oldu

    Kadıköy’də Çempionlar Liqası himni sonuncu dəfə səsləndiyi gün dünyaya göz açan uşaqlar artıq 17 yaşındadırlar. Fənərbaxça sonuncu dəfə Çempionlar Liqasına 2008-09 mövsümündə qatılıb. “Kanarya” ləqəbli komanda bu gün üçüncü təsnifat mərhələsinin cavab oyununda “Feyenoord”u mübarizədən kənarlaşdırsa, Çempionlar Liqasına bir addım daha yaxınlaşacaq. Səfərdə 2-1 hesabı ilə məğlub olan “Fənərbaxça”nın tək fərqlə qələbəsi oyunu əlavə vaxta daşıyacaq.

    İki və ya daha çox fərqlə qələbə qazandığı halda isə “Fənərbaxça” növbəti mərhələyə yüksələcək. Bərabərlik və ya məğlubiyyət isə “Feyenoord”un turu keçməsi deməkdir. “Sarı-lacivərdlilər” “Feyenoord”u məğlub etsə, pley-off mərhələsində “Benfika”-“Nitsa” (2-0) cütünün qalibi ilə qarşılaşacaq. “Kanarya” məğlub olacağı təqdirdə isə yoluna birbaşa Avropa Liqasından davam edəcək.

    ## Fənərbaxça-Feyenoord matçının ehtimal olunan heyəti

    ## Taliska yenidən “11-liy”ə qayıdır

    İlk oyunda ehtiyat oyunçular skamyasında olan Con Duran və Semedonun, eləcə də heyətdə yer almayan Taliskanın bugünkü matçda ilk “11-liy”də oynaması gözlənilir. İsmayıl Yüksək də oynaya biləcək vəziyyətə gəlib. Dieqo Karlos, Cəngiz Ünder, Mərt Hakan və Bekao isə UEFA-nın siyahısında yer almır.

    24 saat